Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Koçaryan gözləyir ki, Paşinyanın özü biabır olsun”

Dekabrda Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca işğalçı ölkədə aylardır davam edən gərginlik də artır

Bu arada ölkənin sabiq prezidenti Robert Köçəryan bu seçkilərdə iştirak etməyəcəyini bəyan edib. Axar.az xəbər verir ki, bunu Köçəryan “Blumberq” agentliyinə müsahibəsində deyib.

“Baş nazir olmaq hədəf olmamalıdır. Əgər yeni hökumət ölkəni mükəmməl idarə etsə, iqtisadiyyat iki ədədli göstəricilərlə inkişaf etsə, Qarabağın təhlükəsizliyi etibarlı şəkildə təmin edilsə, situasiya fərqli olacaq”, – deyə o bildirib. Köçəryanın bu qərarla manevr etdiyi yönündə fikirlər səslənməkdədir. Eyni zamanda, onun seçkilərdə iştirakdan imtinasının baş nazir Nikol Paşinyanın işinə yaradığı, onun qarşısında bəzi maneələrin bununla aradan qalxdığı bildirilir. Sabiq prezidentin baş nazirin nüfuzunun onlarla müqayisədə ölçüyə gəlməyəcək dərəcədə yüksək olduğunu bilib, biabırçı məğlubiyyət yaşamamaq üçün belə bir qərar verdiyini düşünənlər də az deyil.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Politoloq Hikmət Hacızadə Köçəryanın qərarını onun qeyri-populyarlığı ilə əlaqələndirir: “Əhalinin mütləq əksəriyyəti Paşinyanın tərəfindədir. İrəvanda Şəhər Şurası var. Ora keçən ay seçkilər keçirildi. 81% Paşinyanın adamları şuraya seçildi. Bu da bir rəy sorğusudur və göstərir ki, seçki düzgün olsa, nəticələr necə olacaq. Köçəryan uduzmaq istəmir. Bunun üçün belə qərara gəlib ki, seçkilərdə iştirak etməsin. Gözləyir ki, Paşinyanın özü biabır olsun. Seçkilər yolu ilə ona qalib gəlməyin hazırda mümkünsüz olduğunu yaxşı anlayır. Paşinyan niyə də demokratik seçki keçirə bilməsin? İlk növbədə o populyardır. Digər tərəfdən, artıq inzibati strukturlar da onun əlindədir. Paşinyan yeni hökuməti asanlıqla formalaşdıracaq. Təbii ki, bunlar ara qarışmasa, reallaşacaq. Çünki orada hər an təxribatlar baş verə bilər. Hətta Paşinyanı öldürə də bilərlər. Dövlət çevrilişi cəhdləri də hər an gözlənilir. Seçkiləri udsa, parlament artıq onun tərəfdarlarından ibarət olacaq. Bu da onun qarşısındakı əsas maneənin aradan qaldırılması deməkdir. Bu parlament də Paşinyanı baş nazir seçəcək”. (Musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar