Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyevdə Qarabağ incilərini əks etdirən sərgi keçirilir

Ukraynada Taras Şevçenko adına Milli Muzeydə Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalçaçı-rəssam Eldar Hacıyevin əl işlərindən ibarət sərgi təşkil olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan sərginin açılışında səfirliyin əməkdaşları, hökumət rəsmiləri, müxtəlif ölkələrin Kiyevdəki diplomatik korpusların və ictimaiyyətin nümayəndələri, diaspor fəalları iştirak ediblər.

Xalça və rəsm işlərindən ibarət olan sərgidə əsas mövzu Azərbaycan mədəni tarixi nümunələri və Qarabağ irsidir. Xüsusilə Qarabağ atları sərginin əsas komponentlərindədir.

Açılışda iştirak edən Ukrayna mədəniyyət nazirinin 1-ci müavini Rostislav Karandeyev nümayiş olunan əsərlərdə milli komponentlərin olduqca aydın ifadə olunduğunu söyləyərək deyib ki, bu, ölkəsinin ictimaiyyəti üçün olduqca maraqlı nümayişlərdəndir.

Taras Şevçenko Milli Muzeyinin Baş direktoru Dmitri Stus Bakıda Xalça Muzeyinə ziyarətini xatırladaraq təəssüratlarını bölüşüb: “Hesab edirəm ki, xalçaçılıq qiymətli ənənədir. Azərbaycanın uğurları, qələbələri bizim üçün vacibdir. Uğur qazanmaq asan iş deyil, o cümlədən incəsənət sahəsində. Əvvəlcə sirrlərinə bələd olmaq lazımdır”.


Rəssam Eldar Hacıyev “Report”a açıqlamasında bildirib ki, burada rəsm və xalçalar ilə birgə ümumilikdə 25 iş nümayiş olunur: “Bu sərgi Azərbaycanın Ukranadakı səfirliyinin, xüsusilə səfir Elmira Axundovanın xüsusi dəstəyi ilə baş tutdu. Bu, bizim üçün xüsusi önəm daşıyır. Sərgi gələn il yanvarın sonunadək davam edəcək".

Sərginin açılışı yerli Kiyev ictimaiyyətinin geniş marağına səbəb olub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar