Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv olunub.
PİA.az-ın xəbərinə görə, bu barədə “Mediaport” saytı məlumat yayıb.
Bildirilib ki, səfərin ləğv olunmasının səbəbi N. Paşinyanın Rusiya rəhbərliyi ilə yüksək səviyyəli görüş imkanı əldə edə bilməməsi ilə bağlıdır.
“Ermənistanın Paşinyan-Putin ikitərəfli görüşünü təşkil etmək cəhdləri uğursuz olub və Baş nazirin protokol rəhbəri İrəvana geri çağrılıb”, - qeyd olunub.(APA)
pia.az