Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: OPEC+ çərçivəsində nazirlərin görüşü vaxtında keçiriləcək

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Katibliyi OPEC+ neft istehsalının azaltması üzrə təşəbbüsündə iştirak edən ölkələrə 5-6 mart tarixlərində nazirlər görüşündə iştirak üçün rəsmi dəvət göndərib...

Bu barədə TASS iştirakçı nümayəndə heyətlərində olan mənbələrə istinadən xəbər verir.

Qeyd edək ki, OPEC+ Ekspert Texniki Komitəsi (bu ilin 4-6 fevralda keçirilən təcili yığıncağı nəticəsində) iştirakçı ölkələrə Çində yayılan yeni koronavirusun (COVID-19) təsirini aradan qaldırmaq məqsədi ilə gündəlik neft hasilatını bu ilin axırına kimi daha 600 min barel azaltmağı tövsiyə edib. Bundan əlavə OPEC+ təşəbbüsündə istirak edən olkələrin növbədən kənar nazirlər görüşünün keçirilə biləcəyi barədə müzakirələr aparılırdı.

Məlumata əsasən, OPEC+ çərçivəsində nazirlər görüşün keçirilməsi evvəlcədən 5-6 mart 2020-ci il tarixinə planlaşdırılmışdı.

Xatırladaq ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.(apa)

pia.az


Etiket: OPEC+


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar