Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: Kim Çen In Donald Trampı KXDR-ə dəvət edib

Bu barədə Cənubi Koreyanın "JoongAng Ilbo" qəzeti bir neçə məmura istinadən məlumat yayıb

Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət edib.

Nəşrin məlumatına görə, dəvət ABŞ prezidentinə avqustun sonunda göndərilmiş məktub vasitəsilə edilib. Tramp həmin vaxt bildirib ki, KXDR sədrindən çox yaxşı məktub alıb. Onun sözlərinə görə, Kim Çen In "üç çox gözəl səhifə" yazıb, hansılarda ki, ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin keçirilməsindən şikayət edib və bundan sonra danışıqları yeniləməyi təklif edib. Tramp qeyd edib ki, məktub Pxenyandan onun kabinetinə birbaşa çatdırılıb.

Nəşr qeyd edib ki, Kim Çen In məktubunda həmçinin amerikalı həmkarına yüksək səviyyəli danışıqların üçüncü raundunu keçirməyi təklif edib. Trampın məktuba cavab verib-verməməsi məlum deyil.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar