Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: ABŞ-da silahlı etiraz aksiyalarının təşkili planlaşdırılır

Bu həftə ABŞ-ın 50 ştatının hamısında və Vaşinqtonda Kapitoli ətrafında, eləcə də yeni seçilmiş prezident Cozef Baydenin andiçmə mərasimində silahlı etiraz aksiyalarının təşkili planlaşdırılır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “ABC News”un jurnalisti Aaron Katerski Federal Təhqiqat Bürosunun (FTB) daxili sənədinə istinadla bildirib.

“Silahlı etiraz aksiyaları 16 yanvar - 20 yanvar tarixlərində 50 ştatın hamısında Qanunvericilik Məclisləri qarşısında, eləcə də 17 yanvar - 20 yanvar tarixlərində Kapitolidə planlaşdırılır”, - deyə sənədə əsaslanan jurnalist qeyd edib.

 
FTB-nin məlumatına görə, onlara məlum olan bir qrup silahlı şəxs yanvarın 16-da Vaşinqtona yola düşməyi planlaşdırır.

“Onlar xəbərdar ediblər ki, əgər Konqres 25-ci düzəliş vasitəsilə prezidentin vəzifəsindən kənarlaşdırılmasına cəhd etsələr, böyük bir qiyam olacaq”, - sənəddə belə deyilir.

Sənəddə qeyd olunur ki, Trampın andiçmə mərasimindən əvvəl vəzifəsindən kənarlaşdırılacağı halda qrup üzvləri bütün səviyyədə məhkəmələrin və inzibati binaların ələ keçirilməsinə dair çağırış edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar