Çərşənbə axşamı, 18 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Kissincer realizmi və Çinlə müharibənin absurdluğu - Böyük qırğın silahlarından istifadə təhlükəsi böyüyür...

Kissincerə qarşı bəzi tənqidlər tamamilə doğru olsa da, bu, onun absurd bir müharibə tələsinə düşmək barədə xəbərdarlıqlarının əhəmiyyətini inkar etmir...

Həsən Əbu Talib
“Şarkul Avsat” qəzeti, 30 noyabr 2021-ci il

Hazırda ABŞ-ın Çin və Rusiya ilə münasibətlərində iki böyük münaqişə hökm sürür. İstər Respublikaçıların, istərsə də Demokratların əlində Vaşinqton administrasiyasının inandığı müəyyən edilmiş prinsiplər ətrafında fırlanan nəticələr və səbəblər var. Qeyd olunan prinsiplər ondan ibarətdir ki, heç bir güc beynəlxalq sistemin hərəkətləri üzərində Amerika hegemonluğunu təhdid etmir.

Müharibə prinsipi Amerika siyasətində mövcuddur və üstüörtülü strategiyadır. Milli təhlükəsizlik baxımından lazım gəldikdə bu strategiyaya müraciət edilir. Daha kiçik və kifayət qədər xidmət göstərməyən güclər qarşısında müharibə Amerikanın qərar qəbul etmə prosesində üstünlük təşkil edən hərbi-siyasi nizamın maraqlarına xidmət etmək üçün təsirli vasitə ola bilər. Siyasətçilər mövcud nizamın hakimiyyətinə nüfuz və liderlik terminləri ilə haqq qazandırmağa çalışırlar. Silah istehsalçıları isə Konqres və onların mediadakı müttəfiqlərini daha təkmil, mürəkkəb və bahalı silahların istehsalına haqq qazandırmaq üçün istifadə edilirlər.

Bu üsul bir çox sınaqlardan, böhranlardan və böyük uğursuzluqlardan keçib. Bunlardan ən sonuncusu Əfqanıstanda baş verənlərdir. Bundan əvvəl Vyetnamda, Şərqdə və Qərbdə bir çox başqa nümunələr var idi. Buna baxmayaraq, amerikalı strateji planlaşdırıcılar arasında bəziləri var ki, onlar hələ də bu formulu Amerika liderliyində irəliləyiş və üstünlük əldə etməyi hədəfləyən hər hansı gücə qarşı vacib bir üsul sayırlar. Burada əsasən Rusiya və Çin nəzərdə tutulur.

Digər tərəfdən, hazırda siyasət və media arenasında hökmranlıq edən bu tendensiyanı tənqid edənlər və bu iki gücdən hər hansı biri ilə müharibənin hazırda narahatlıq doğuran bir məsələ olduğunu və bütün beynəlxalq sistem üçün fəlakətin xəbərçisi ola biləcəyi barədə xəbərdarlıq edənlər də var. Müharibənin nəticələri sadə bir səbəbdən gözlənilməzdir, yəni bu iki gücün hansı silahlara sahib olduğu və onların süni intellektdən nə dərəcədə istifadə etdiyi hazırda ABŞ tərəfinə tam məlum deyil. Müharibə şüarlarına qarşı xəbərdarlıq edən simalar içində ən diqqət çəkəni ABŞ-ın keçmiş dövlət katibi, biliyi və təcrübəsi ilə tanınan strateji analitik Henri Kissincerdir.

Keçmiş prezident Trampın Çinə qarşı mübarizə aparmaq və onu sıxışdırmaq, media və təbliğat vasitəsilə onu şeytanlaşdırmaq, ticarət müharibələri aparmaq və bu böyük dövlətlərə iqtisadi və texnoloji sanksiyalar tətbiq etmək üsulları nəticəsində son 4 ildə Kissincer Çinlə münasibətlərin cığırından çıxmasından ehtiyat edirdi. Kissincerə görə Çini təcrid etmək cəhdlərini yumşaltmaq, ABŞ-la rəqabətini tənzimləmək üçün qaydalar təyin etmək, necə bitəcəyi bilməyən müharibəyə getməmək üçün onunla dialoqa başlamaq daha doğru strategiyadır.

Üç həftə əvvəl yayımlanan bir televiziya şousunda iştirak edən Kissincer Çinlə müharibə etmək barədə xəbərdarlıqlarını təkrarlayıb. O, həmçinin vurğulayıb ki, Amerikanın Pekinin ümumən süni intellekt və xüsusən də hərbi sahədəki imkanlarının təbiəti və miqyası barədə məlumatsızlığı, Çin haqqında yeni düşüncələrə təkan verə bilər. Kissincer tədricən dialoqun qurulmasını təklif edir və dialoqun məqsədlərini belə izah edir: birincisi, sürüşməni və hətta təsadüfən qeyri-müəyyən hərbi münaqişəyə girməyi məhdudlaşdıran rəqabət qaydalarını müəyyən etmək, ikincisi isə dialoq qurmaq. Bu dialoqun məqsədi yanlış qərarların və qeyri-adekvat hesablamaların qarşısını alacaq etimadın yaradılması prosesinin bir hissəsi kimi informasiya mübadiləsinə əsaslanaraq, Çinin süni intellekt sahəsindəki imkanlarının miqyasına dair məlumatlara qapı açmaqdır. Praktiki olaraq Kissincer tövsiyə edir ki, həm prezident Bayden, həm də Tsinpin daimi təmasda olan və fikir mübadiləsi aparan, həmçinin mövqeləri aydınlaşdıran, suallar verən və cavablar alan iki səlahiyyətli nümayəndə təyin etsin. Məqsəd kommunikasiyanı təkmilləşdirmək, təxmini fikirlərdən qaçmaq və beləliklə, Çini təcrid etmək üçün bütün çağırışlardan uzaq durmaqdır.

Kissincerin strategiyası beynəlxalq münasibətlərdə realizm simvollarından biri kimi müəyyən edilir. Birinci Dünya Müharibəsindən əvvəl köhnə Avropada qüvvələr balansı ideyaların təsiri altında idi. Bu ideyalar onun daşıyıcıları arasında müəyyən dərəcədə ədalət və bərabərliyi təmin edən sistemin qurulması ilə bağlı idi. Kissincer iddia edir ki, onun strategiyası yüksələn bir gücün və ya bu sistemi ləğv edəcək revizionist və ya inqilabçı qüvvələrin meydana çıxmasının qarşısı alına bilər.

Təbii ki, Kissincerin keçmiş Sovet İttifaqında, Çində, Yaxın Şərqdə və xüsusilə də ərəb-İsrail münaqişəsində tətbiq sahələrinə şəxsən nəzarət etdiyi bu ideyalar prezident Nikson və Fordun rəhbərliyində milli təhlükəsizlik müşaviri, daha sonra isə dövlət katibi vəzifələrində çalışarkən tamamilə təsirli və uğurlu deyildi. Bu praktik tətbiqlərin bir çoxu Kissincerin özünü elan etdiyi məqsədlərin tam əksinə gətirib çıxardı. Əslində, son həftələrdə ona qarşı edilən ən açıq tənqidin səbəbi Kissincerin Çinin ABŞ-ı beynəlxalq sistemdə zirvədən uzaqlaşdırmaq və təbii bir gücə çevrilmək prosesinə təkan verməsi iddialarıdır.

Kissincerə qarşı bəzi tənqidlər tamamilə doğru olsa da, bu, onun absurd bir müharibə tələsinə düşmək barədə xəbərdarlıqlarının əhəmiyyətini inkar etmir. Çünki onun xəbərdarlıqları hələ də idarə olunmayan və təhlükə mənbəyi təşkil edən süni intellekt silahları ilə bağlıdır. Bu silahlara hipersəs raketləri, lazer silahları, enerji silahları, gizli və uzaqdan idarə olunan təyyarələr və istər sualtı bazalardan, istərsə də nüvə sualtı qayıqlarından dəniz dibindən idarə olunan raketlər daxildir. Bütün bunlar nəticələri və təsirləri məlum olmayan bu cür silahların istifadə olunduğu istənilən hərbi münaqişəni təkcə müharibədə iştirak edən qüvvələr üçün deyil, bütün dünya üçün təhlükəli bir qərara çevirir. Şübhəsiz ki, bu müharibdə hər kəs itirəcək və hər kəs məğlub olacaq.

Bundan əlavə, istənilən müharibənin müəyyən bir məqsədi olmalıdır. Bu müharibənin məqsədi nədir? Sadəcə kütləvi dağıntı, işğal və ya rejim dəyişikliyimi? Kim kimi işğal edir? Qarşı tərəfin daha böyük dağıntı ilə cavab verməyəcəyinə kim zəmanət verə bilər? Bu mürəkkəb sualların hər hansı birinə verilən qəti cavab müharibəni real varianta çevirən hər hansı ideyanın absurdluğunu əks etdirir.

ABŞ və Çin arasında istənilən hərbi münaqişəyə aid məsələ Rusiya ilə olan münasibətlərə də aiddir. Qərblilərin aylardır Ukraynaya hərbi müdaxilə etməmək barədə intensiv və təkrar-təkrar etdiyi xəbərdarlıqları, əslində şübhə doğurur. Xüsusilə, NATO-nun Rusiya sərhəddinə doğru genişlənməsi, Ukraynaya müasir və qabaqcıl Amerika silahlarının verilməsi, Qara dənizdə təlimlərin keçirilməsi, bu təlimlərdə nüvə bombası daşıyan Amerika strateji təyyarələrindən istifadə edilməsi və Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən məlumata görə, təxminən rus hava sahəsində 20 km məsafədə manevr edən təyyarələri nəzərə alsaq, vəziyyət kritik görünür. Sözügedən məsafə Rusiyaya çox yaxındır və Moskvanın rəsmi şərhlərinə görə, Rusiyanın qərbdən və cənubdan nüvə hücumu həyata keçirmək üçün ciddi təlimlər keçirilir. Burada ABŞRusiya Baş Qərargah rəislərinin telefon danışığına diqqət yetirilməlidir. Bu telefon danışığı bir tərəfdən, əsas gərginliyin miqyasını, digər tərəfdən isə hər hansı gözlənilməz nəticələrin qarşısını almaq səyini əks etdirir. Danışığın məzmunu ilə bağlı məlumat verilməsə də, bu, yanlış fikirlərin qarşısını almaq, reaksiyalara nəzarət etmək üçün tətbiq oluna biləcək mexanizmlərin olduğunun əyani göstəricisidir. Əgər nüvə Rusiyası ilə münasibətlərdə bu cür mexanizmlər varsa, bu, o zaman süni intellektlə silahlanmış Çinlə də olmalıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ziya Məmmədovun oğlu xanımına təmtəraqlı ad günü keçirtdi - Video+Fotolar

“Əslində heç Azərbaycan da “Zəngəzur dəhlizi”nin açılmasında maraqlı deyil” - Əsətun Oruclu

Büdcədən maliyyələşdirilən sahələrdə çalışanların maaşı artırılıb

Rüstəm Aloyan: "Azərbaycanlı qaçqınları Ermənistana qaytarmaq lazımdır"

“Haqqında danışdığım rüşvətxor nazirlərin hamısı barədə tədbirlər görülüb” - Hafiz Hacıyev

Prezidenti tanımadığını bəyan etdiyinə görə Naxçıvanda xidməti maşınla mükafatlandırılan polis mayoru kimdir?

Üç istiqamətdən hücum gözlənilir - Sərhəd yaxınlığında səhra hospitalları da qurulub

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı məlumat yayıb

KOBİA sədrindən süni qiymət artımına qarşı reaksiya - Foto

“Nazarbayevin ailəsi və pulları hələ öz sözünü deyəcək”

Azərbaycan Ordusunun həlak olan əsgəri dəfn olundu - Yenilənib, Video

1 gündə 5 tenderdə qalib gələn şirkət: Sabunçu RİH-in müəmmalı işləri - Fotofaktlar

Ən çox oxunanalar