Cümə axşamı, 28 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Kirayədə qalan vətəndaşlara dövlət yardım edə bilərmi?

“Kirayədə qalan vətəndaşlara hər hansı güzəştin verilməsi həmin mənzilin sahibinin özündən asılıdır”...

Bunu Qaynarinfo-ya açıqlamasında millət vəkili Vüqar Bayramov kirayədə qalan vətəndaşlara dövlət tərəfindən hər hansı yardımın edilib-edilməməsi ilə bağlı sualları cavablandırarkən deyib. O bildirib ki, kirayə evlər özəl olduğundan ona hər hansı müdaxilə edilə bilməz:

"Bu yalnız evini kirayə verən vətəndaşlarımızın bir başa razılığı əsasında mümkündür. Çünki həmin evlər özəldir. Evlər özəl olduğu üçün kirayə haqlarının ödənilməsinə müdaxilə etmək praktik olaraq mümkün deyil. Bu baxımdan məsələ artıq kooperativ sosial prinsipidir. Yəni, burada bir başa kirayəçi ilə mənzilini kirayə verən vətəndaşın razılığı əsasında baş verə biləcək güzəştdən söhbət gedir. Ona görə də kirayədə qalan vətəndaşlara hər hansı güzəştin verilməsi həmin mənzilin sahibinin özündən asılıdır".

İqtisadçı ekspert Natiq Cəfərlinin fikirincə, Prezidentin Nazirlər Kabinetinə ayırdığı 1 milyard dollar vəsaitdən kirayəşinlərə hər hansı formada dəstək vermək mümkündür:

"Bizdə çox təəssüf kirayə müqavilələri bağlanmır ki, orda da bir fors-major situasiyaları olsun. Çox zaman razılaşma fərdlər arasında şifahi danışıqla əldə edilir. Bir çox ölkələrdə artıq bununla bağlı trend başlayıb. Elə bir neçə gün öncə Türkiyədə də başlandı. Ev sahiblərinə həm hökumət, həm xalq, həm də məşhur insanlar tərəfindən müraciətlər olur ki, kirayələrdə qalanlara heç olmasa 1 aylıq kirayə haqqı bağışlansın. Azərbaycanda da belə bir kampaniyanın başladılmasının yararı var. Düzdür, qanuni şəkildə hər hansısa formada mənzil sahibinə təsir etmək məhduddur. Mənzil sahibinə deyə də bilmərik ki, öz mülkiyyəti müqabilində qazanc əldə etməsin. Amma ümumi vəziyyətə görə bir kampaniya aparmaq olar ki, mənzil sahibləri ilkin olaraq heç olmasa 1 ay güzəşt etsinlər. Bunu insanların bir-birinə dəstəyi, dayanışması kimi kampaniyaya da çevirmək olar. Xaricdə bu, çox geniş yayılıb. Məncə, Azərbaycanda da məşhur insanların bu kampaniyaya video çəkərək və ya efir vasitəsilə dəstək olması müsbət addım olar. Amma dediyim kimi, bunu qanuni şəkildə etmək mümkün deyil. Yeganə o ola bilər ki, koronavirusla mübarizə üçün prezidentin Nazirlər Kabinetinə ayırdığı 1 milyard dollar vəsaitdən kirayənişinlərə dəstək üçün hər hansısa formada qərar qəbul edilsin. Burda da ən böyük problem yenə kirayənişinlərin əksəriyyətinin müqaviləsiz yaşamasıdır. Ona görə bunu bir insanlıq jesti kimi kampaniya şəklində aparmaq olar".

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir?

Tağı Əhmədovun xanımı: “O da insandır, dağ deyil, daş deyil”

Putin: “İndi qarşımızda qaçqınları Qarabağa qaytarmaq vəzifəsi dayanır”

Oqtay Əsədovun Sulutəpədəki villası – 4 hektar ərazidə tikilib – Fotolar

Bakıda gənc qadını doğrayıb zibil qutusuna atdılar - Yenilənib

Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib?

Prezident Şuşa üzrə xüsusi nümayəndəsini təyin etdi

Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib

Türkiyə alimləri COVID-19-u bir dəqiqəyə məhv edən preparat hazırlayıb

Xankəndinin idarəetməsi zamanla Bakıya keçəcək

Ən çox oxunanalar