Cümə, 04 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kirayə evlərin digər sosial layihələr kimi problemli olma ehtimalı var?

Kirayə evlərin əsil ehtiyacları olanlar üçün əlçatan olacağına ümid etmək olarmı?...

Ekspert: “Kirayə evlərin başqa sosial layihələr kimi problemli olacağını düşünmürəm və gözləmirəm”

“İpoteka kreditlərində ilkin ödəniş həddən artıq yüksək idi. Bu da ipoteka əlçatanlığını aşağı salırdı”.

Bu sözləri əmlak üzrə ekspert Ramil Osmanlı ayın sonundan satışa çıxarılacaq kirayə evlərin əlçatanlığını PİA.az-a şərh edərkən qeyd edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə normanı beynəlxalq standartlara uyğun olaraq 16 kvadratmetr müəyyən edib: “Bu, o deməkdir ki, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdırlar. Əgər hər hansı vətəndaşımızın bu növ sosial mənzillərə ehtiyacı varsa, o zaman yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət edə bilər. Sosial kirayə müqaviləsi müddətsiz olur və növbəlik prinsipi əsasında aparılır. Satın almaq məqsədi ilə təklif ediləcək kirayə evlər isə maksimum 25 il müddətinə təklif olunur və müqavilə öhdəlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir. Satın almaq məqsədi ilə kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir. Vətəndaşlar elektron ipoteka portalı və ya ASAN xidmət vasitəsi ilə müraciət edə biləcəklər. Bu mənzillər 2013-cü ildən sonra inşa edilən binalardadır və kvadratları da yeni tikililərdəki sahələrə uyğundur. O baxımdan, satın almaq məqsədi ilə mənzilə sahib olan zaman gəlirinizə uyğun kvadrat seçə biləcəksiniz”.

Mövzunu PİA.az-ın əməkdaşı əmlak üzrə ekspert Ramil Osmanlı ilə müzakirə edib.

Ramil Osmanlı: “Kirayə evlərin əsl ehtiyacları olanlara verilməsi gözləniləndir”.

İpoteka kreditlərində faiz dərəcələrinin aylıq ödəniş rəqəmlərini artırdığını bildirən ekspert əlavə edib ki, kirayə evlərdə bu cür problemlər olmayacaq:

“Bütün hallarda ehtimal ehtimaldır. Amma düşünürəm ki, İpoteka və Zəmanət Fondunun uzun illərdir bu sahədə təcrübəsi var. Həmçinin də elektron ipoteka sistemi daha işlək, daha faydalı mexanizmə çevrilib. Bu hallara görə kirayə evlərin də başqa sosial layihələr kimi problemli olacağını düşünmürəm və gözləmirəm.

Düşünürəm ki, kirayə evlərin əsl ehtiyacları olanlara verilməsi gözləniləndir. Burada hər halda rəqəmlərin böyük olacağı ehtimalı çox aşağıdır. Yəni kirayə evlərdə rəqəmlər o qədər də yüksək olmayacaq.

Ramil Osmanlı: “Kirayə evlərdə əlçatanlıq daha yüksək olacaq”.

Eyni zamanda bir məsələni də nəzərə almaq lazımdır ki, ipoteka kreditlərində ilkin ödəniş həddən artıq yüksək idi. Bu da ipoteka əlçatanlığını aşağı salırdı. Həmçinin faiz dərəcələri aylıq ödəniş rəqəmlərini artırdı.

Amma kirayə evlərdə sadaladığımız problemlər olmayacaq. Buna görə hesab edirəm ki, kirayə evlərdə əlçatanlıq daha yüksək olacaq”.

Nərminə UMUDLU

pia.az

 

 


Etiket: kirayə evlər


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Naxçıvanda toy sərbəstliyi: “Şirinliyi ver, toy elə”

Deksametazon, antibiotiklər əvəzinə bunları edin - Koronavirusdan sağalan Rəşad Mahmudov

Türkiyədən kritik həmlə: "Zəngəzur məsələsi masada..."

“Azərbaycan əsgərləri Xankəndidə bizi ələ salırlar“ - Tiqran Abrahamyan

Bilgəhdə üçmərtəbəli villası prezidentin tapşırığı ilə sökülən FHN-nin idarə rəisi yeni villa tikdirib

Qarabağda məclis quran məmurlar o gölün varlığından xəbər tutsalar...

“Mehdiyev ermənilərə qarşı çıxsaydı, arvadı ona divan tutardı” - Fəzail Ağamalı

“Rusiya Ermənistanı artıq buraxmayacaq” - Erməni ekspert

Əhmədzadənin qarabağlı müavini Füzuli uğrunda şəhidlər verdiyimiz günlərdə Londonda oğluna mənzil alıb - Foto

Tofiq Zülfüqarov Musabəyovu dəstəklədi: "Türk hərbçilərinin gəlməsini istəyənlər.."

Komendant saatının ləğvi ilə bağlı açıqlama

Tanınmış teleaparıcı Günay Firudinqızına ağır itki üz verib - Foto

loading...

Ən çox oxunanalar