Bazar, 26 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Kiprli hərbi zabitin silsilə qətlləri: Ana və qızlarını öldürürmüş

Kiprdə 35 yaşlı hərbi zabit yeddi qadın, o cümlədən, azyaşlı qızları qətlə yetirdiyini etiraf edib

BBC-nin məlumatına görə, o, ada-dövlətin tarixində silsilə qətllər törədən ilk şəxsdir.

Ayın əvvəlində Kipr hüquq-mühafizə orqanları əməkdaşları mədən quyusundan iki qadın meyiti tapıb. Üçüncüsü isə cümə axşamı aşkarlanıb.

Şübhəli qismində saxlanılan zabit istintaqın gedişində başqa qətllər də törətdiyini boynuna alıb. Polis hazırda onun xəritədə göstərdiyi nöqtələrdə digər qurbanların meyitlərini axtarır. O, qurbanları Nikosiya paytaxtı yaxınlığında basdırdığını bildirib.

Öldürdüyü qadınlarla tanışlıq saytı vasitəsilə tanış olub.

Qurbanlar arasında Nepal və ya Hindistan vətəndaşı olduğu güman edilən qadın, rumıniyalı ana və onun səkkiz yaşlı qızı var.

Bundan başqa, qurbanlardan birinin altı yaşlı qızı da itkin düşüb. Meyitləri aşkarlanmış qadınların Filippin əsilli olduğu müəyyən edilib.(oxu.az)

pia.az

Etiket: zabit Zipr qətl

Şərh yazın.

loading...