Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kino işçilərini onlayn təbrik etdilər - Videolar

Bu gün Azərbaycanda Milli Kino Günüdür.

Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası bunla bağlı çarx hazırlayıb və kino işçilərini onlayn olaraq təbrik edib.

Xalq yazıçısı Çingiz Abdullayev bu günü daha yaxşı şəraitdə qeyd etməyi arzulayıb:

“Bu illər ərzində nə qədər insan itirmişik, onları yadıma salıram. 80-ci illərdən başlayaraq bizim rejissorlarımız, operatorlarımız, hamısı bu hadisələri çəkirdilər. Onlar olmasaydı, bəlkə də biz çoxunu bilməzdik”.

Kinorejissor Ayaz Salayev 40 ildən artıqdır kino sahəsində olduğunu diqqətə çatdırıb:

“Amma bu gün keçmiş haqqında düşünmürəm. Kinomuzun gələcəyi - Müstəqil ölkənin müstəqil kinematoqrafiyasının yaranması haqqında fikirləşirəm”.

Aktrisa Günəş Mehdizadə kino sahəsində olduğuna görə özünü xoşbəxt hiss etdiyini bildirib.

Əməkdar artist Tahir İmanov isə “Belə bir deyim var – “İncəsənət heç cür siyasətlə bağlı deyil”. Bu fikirlər qəti razı deyiləm. Kino incəsənətin digər sahələri kimi dövlət siyasəti ilə sıx təmasda olub və ölkəmizi müxtəlif dövrlərdə layiqincə təmsil edib, edir və edəcək” deyə söyləyib.

Xalq artisti Ramiz Fətəliyev isə fikirlərini bu sözlərlə bölüşüb:

“Öz payıma deyirəm kino çox qəribə sənətdir, qəribə bir peşədir. İnsanı sanki əsir götürür. Özü də ömürlük...”.

Xalq artisti Fəxrəddin Manafov “Kino… Kino haqqında düşünmürdüm, idman, futbolçu olmaq arzusunda idim. Futbolda uğurlarım da var idi, amma bir gün, bir anda fəlsəfəm dəyişdi, kino gəldi… Ki-No!” deyə, bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar