Çərşənbə, 25 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kiçilən dollar hakimiyyəti: Marks yaşasaydı iqtisadi şərhlərini harda verərdi?..

Marks 1950-ci illərdə sağ olsaydı, “Das Kapital”ın yeni cildlərini yazmaq üçün ABŞ-a köçərdi. Lakin əgər bu gün sağ olsaydı, şübhəsiz ki, yeni cildləri yazmaq üçün Şanxaya köçərdi...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 26 oktyabr 2020-cı il

Bir tərəfdən, ABŞ seçkiləri yaxınlaşdıqca dünyada siyasi olaraq gərginlik artır. Bu xüsusən də Rusiya və Çini hədəf alan bir vəziyyətdir. Yəni sözügedən coğrafiya məhz Avrasiyadır. Türkiyə həm də İran və Pakistandakı dövlətləri də əhatə edir. Məhdudiyyətlər və təcridlər bu dövlətlərin ortaq məxrəcinə çevrilib. Avrasiyanın geostrateji əhəmiyyəti Çin-AvropaRusiya-Avropa əlaqələrini kəsəcək gücə sahibdir.

Bu günlərdə Rusiyaya təzyiq göstərilmə prosesinin ön plana çıxdığının şahidi oluruq. Belarusiyada sabitliyin pozulması ilə başlayan proses Polşa, Rumıniya, Bolqarıstan və Yunanıstandakı NATO mövqeləri ilə Şərqi Avropadan Şərqi Aralıq dənizinə qədər uzanıb gedir.

Paralel bir xətt də QafqazXəzər dənizində qurulur. Üfüqi bucaqda isə Mərkəzi Asiya dövlətləri var. Qırğızıstan da bunun düyün nöqtəsidir. Ssenari Çin dənizindəki düyünlərlə tamamlanır. Beləliklə, burada Avstraliya, Yeni Zelandiya, İndoneziya və Vyetnam kimi dövlətləri özündə birləşdirən Pasifik NATO-su qurulur.

ABŞNATO vasitəsilə hərəkətə gətirən və siyasətini sərtləşdirən kritik proses Çinin atdığı son addım idi. 5G texnologiyası qurması, başqa sözlə, əmək tələb edən istehsal bazasından çıxaraq, bu sahələrdə ABŞ-ın üstünlüyünə son qoyan, texnoloji-kapital ağırlıqlı istehsalata keçid etməsi məsələyə son nöqtəni qoydu. Üstəlik, bununla da kifayətlənməyən Çin ABŞ dollarına qarşı iqtisadi müharibə də elan etdi. Öldürücü həmlə məhz bu idi. Çünki Çinin bu qərarı 1944-cü ildə “Bretton Woods”la ABŞ dollarının qızıl qarşılığında çapını məhdudlaşdıran, 1971-ci ildə Nikson Şoku kimi davam edən və bu əlaqəni, nizam-intizamı tamamilə məhv edən və beləliklə də, 20-ci əsrin ruhunu formalaşdıran ağır bir zərbə idi. Qızıl nizamından tamamilə ayrılmış azğın dollar çapının dolların daim ucuzlaşması və dollardan qaçış ilə nəticələnəcəyini yaxşı bilirdilər. Bunun qarşısını almaq üçün inkişaf etdirdikləri yollardan biri də həyati dəyəri olan karbohidrogen aktivlərinin satışını dollarla əlaqələndirmək idi. Petro-dolar fenomeni dolların dəyərini saxlayan və dünyanın ehtiyat valyutası kimi fəaliyyət göstərməsini təmin edən ən kritik vasitə idi. Çinin verdiyi qərar isə ən böyük alıcı olaraq yeni bir ödəmə rejimini - qızıl qarşılığında “Petroyuan” tətbiqini başlatdı. Bu qazancdan sonra ABŞ öz geostrategiyasını sərtləşdirdi.

ABŞ seçkilərində irəli sürülən iki namizədin hansı siyasətlərdən bəhs etdiyinə dair deyilənlər və yazılanlar bəzi ipuçları da verir. Trampın yenidən qızıl-dollar nizamını bərpa etmək və FED-i milliləşdirmək istədiyi, yəni bir mənada Endru Cekson və J.F Kennedinin mirasına sahib çıxdığı deyilir. Bu siyasətləri müdafiə edən J. Şeldonu FED rəhbərliyinə gətirmək istəməsi də bunun ən böyük dəlili olaraq göstərilir. Trampın bu qloballaşmanın dominant aktyorları sayılan, dolları çap etdirməkdə israr edən və xeyli hissəsi Çində yerləşən maliyyə dairələri ilə yaşadığı fikir ayrılığı bu qiymətləndirmələri böyük ölçüdə haqlı çıxarır.

Bayden isə bu məsələlər barədə heç nə demir. Sadəcə iqtisadi böhran üzərindən sosial ədaləti təmin etmək üçün dollar çapını artırmaq və davam etdirmək barədə danışır.

Trampın xəyalındakı ABŞ ciddi bir maliyyə nizamını təmin edən və istehsal hücumuna başlayan bir ölkədir. Bu xəyalın qarşısındakı digər bir maneə isə texnologiyanı dəstəkləyən şirkətlərin böyük ölçüdə ABŞ-ı tərk etməsidir. Bunda rolunu oynayan ən vacib səbəblərdən biri də ABŞ-dakı ağır vergilərdir. Trampın kapitalın və texnologiyanın qaçmasını qarşısını almaq və prosesi geri qaytarmaq kimi ağır bir öhdəliyi var. Neft şirkətlərinin əvvəlki seçkidə onu dəstəklədiyini də bilirik. Bəs qızıl standartı qəbul olunarsa, bu şirkətlərin Petro-dollar rejimi vasitəsilə əldə etdikləri qazancın zəmanəti necə olacaq?

Görünür, indi karbohidrogen dövrü başa çatır və çox fərqli bir enerji rejimi dövrü başlayır. Bəlkə də bu, adlı-sanı bəlli olmayan digər xammalın dəyərini artıran bir proses olacaqdı.

Çinin hələlik Petro-yuan sistemini qurması Trampın iqtisadi planlarına zidd deyil. Çinin atdığı bu addım dayanmadan dollar çap edərək özünü təmin edən qlobal kapitalın maraqlarına da zidd olan bir prosesdir. Bu yaxınlarda BVF prezidentinin “Yeni bir “Bretton Woods”a ehtiyac var” deyərək verdiyi boş açıqlama gəlinən bu nöqtənin çətinliyini ortaya qoyur. Məsələ burasındadır ki, dolların hakimiyyətini qorumaq imkanları artıq daralır. ABŞ-ın ya Çinin ələ keçirdiyi texnoloji və kapital əsaslı üstünlük bunu dolların əlindən alacaq ya da daha çox kiçildəcək.

Marksın da adını çəkmək lazımdır, çünki o, 1950-ci illərdə sağ olsaydı, “Das Kapital”ın yeni cildlərini yazmaq üçün ABŞ-a köçərdi. Lakin əgər bu gün sağ olsaydı, şübhəsiz ki, yeni cildləri yazmaq üçün Şanxaya köçərdi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Marks Çin ABŞ Tramp

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyevin vəzifədən azad etdiyi Sevil Zülfüqarova: “AMEA-da cinayətləri aşkarladım, işdən qovdular”

Sabahdan Sotk-Kəlbəcər yolu bağlanacaq - Ermənistan KİV

Erməni komandir: “Yenə müharibə olacaq” – Video

Sonuncu erməni Kəlbəcəri belə tərk etdi - Video

Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? – Foto

Anna Akopyanı güllələnmiş birinci xanımla müqayisə etdilər – Paşinyana gizli mesaj

Azərbaycan ordusu Laçına daxil olur - Döyüşlərdən şok video

Bayraktar TB2 Rusiyanın nəbzini bu dəfə Krımda yoxladı: Rus HHM sistemləri yenə “lax” çıxdı

loading...

Ən çox oxunanalar