Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keyfiyyətsiz təhsilin səbəblərindən biri - Məktəblərdə şagird sıxlığı...

Təhsil eksperti: “Bizim öz təcrübəmiz var. Öz təcrübəmizə, elə qanunumuza görə də bir sinifdə 25 nəfər şagird olmalıdır. Bu da həyata keçirilməlidir”

“Sıxlıq məsələsi Azərbaycan təhsilində şagirdlərin keyfiyyətli biliyə yiyələnməsində müəyyən maneçilik törədir və bu aradan qaldırılsa, yaxşı olar”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov məktəblərdə yaşanan şagird sıxlığını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda yeni dərs ili başladı. Əlbətdə ki, məktəb və təhsillə bağlı ənənəvi qayğılar, problemlər də yenidən gündəmə gəldi. Məlumdur ki, məktəblərdə yaşanan problemlərdən biri də şagird sıxlığıdır. Şagird sıxlığı xüsusən də 1-ci siniflərdə daha tez-tez rast gəlinən haldır. Əsasən Bakıətrafı qəsəbələrdə, Binəqədi, Sabunçu, Xəzər rayonlarında şagird sıxlığı müşahidə edilir.

Hər il bu məsələ valideynlər tərəfdən narazılıqla qarşılansa da, demək olar heç bir tədbir görülmür.

Xatırladaq ki, Nazirlər Kabinetinin 3 avqust, 2012-ci il tarixli, 171 saylı qərarının 2.3.1-ci bəndinə görə ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20, sinif otaqlarının sahəsi isə 36-42 kvadratmetr olmaqla müəyyənləşdirilir.

Nazirlər Kabinetinin 19 yanvar, 2012-ci il tarixli, 10 saylı digər qərar ilə isə eyni sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otaqlarının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil edilməlidir. Məktəblədə iş rejiminin dəyişdirilməsi Pedaqoji Şuranın qərarı əsasında məktəb direktorunun müvafiq əmri ilə həyata keçirilir.

Lakin hazırda Bakıda və rayonlarda bir sinifdə 40 və daha artıq şagird oturur. Bir sinifdə 40 uşaqla keçirilən dərslərin keyfiyyəti barədə nə demək olar və bu məsələnin həll ediləməməsinin əsas səbəbləri nədir? Xüsusən bütün məktəblərdə eyni tədris keyfiyyətinin yaradılmasını mümkün hesab edirsiniz?

Mözunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovla müakirə edib.

Kamran Əsədov: “Məktəblərdə dərs elə təşkil olunmalıdır ki, biliyin ötürülməsi öz maksimum həddinə çatsın. Sinifdə 10-15 nəfər uşaq olanda da uşaqları daha yaxşı öyrətmək olur”.

Sinifdə sıxlıq nəticəsində səs-küyün səviyyəsinin qalxdığını vurğulayan təhsil eksperti əlavə edib ki, uşaqlar bir-biri ilə him-cim oynayırlar və bu da dərsin səviyyəsini sıfıra endirir:

“İlk növbədə qeyd edim ki, “Təhsil haqqında” Azərbaycan Respublikasıтın Qanununda göstərilir ki, hər sinifdə 20 nəfər olmalıdır, praktki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır. Bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür. Lakin bəzən çoxlu binalar tikilir, əhali sıxlığı yaranır. Məktəb isə azdır. Ona görə də siniflərə 30-40 nəfər uşaq cəmləşdirilir.

Təhsildə belə bir qayda var ki, əgər sinifdə 25 nəfərdən çox uşaq yığılır, uşaqların sayı 30-u keçərsə, onda ikinci sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, ora yeni bir müəllim də təyin olunmalıdır. İbtidai sinifdirsə, əlavə ibtidai sinif müəlliməsi üçün vakansiya açılmalı, yuxarı siniflərdirsə, fənn üzrə müəllimlər cəlb olunmalıdır. Hesab edirəm ki, bu pedoqoji tələb yerinə yetirilməlidir.

Hesab edirəm ki, bir sinifdə 30-40 şagirdin olması tədrisi zəiflədir. Bu baxımdan düşünürəm ki, Azərbaycanın təhsillə bağlı zəngin təcrübəsi var. Ondan istifadə etsinlər. Bəzən deyirlər ki, hansısa, ölkədə bir sinifdə 30-40 şagird təhsil alır. Bəlkə, həmin sinifdə şagirdlərə sadəcə olaraq ümumi məlumat verirlər. Fənnləri dərindən öyrətmək istəmirlər.

Bizim öz təcrübəmiz var. Öz təcrübəmizə, elə qanunumuza görə də bir sinifdə 25 nəfər şagird olmalıdır. Bu da həyata keçirilməlidir. Şagirdlərin sayı artırsa, ikinci, üçüncü sinif yaratmaq lazımdır. Əlavə məktəb binaları tikilməlidir. Düşünürəm ki, bu sıxlıq məsələsi Azərbaycan təhsilində şagirdlərin keyfiyyətli biliyə yiyələnməsində müəyyən maneçilik törədir və bu aradan qaldırılsa, yaxşı olar.

Düşnürəm ki, təhsili idarə edənlər məktəblərdə uşaq sıxlığı probleminə cidi diqqət yetirməlidirlər. Təhsilin məqsədi gənclərə müəyyən biliklər, vərdişlər öyrətməkdir. Sinifdə şagid sayı çox olduqda bu vərdişlər ötürülmür. Sinifdə sıxlıq nəticəsində səs-küyün səviyyəsi qalxır. Uşaqlar bir-biri ilə him-cim oynayırlar və dərsin səviyyəsi sıfıra enir.

Kamran Əsədov: “Sinifdə şagird sayı 25-dən yuxarı olduqda sinif idarəolunmaz hala gəlib çıxır”.

Məktəblərdə dərs elə təşkil olunmalıdır ki, biliyin ötürülməsi öz maksimum həddinə çatsın. Sinifdə 10-15 nəfər uşaq olanda da uşaqları yaxşı öyrətmək olur. Tədqiqatlar göstərir ki, sinifdə şagird sayı 25-dən yuxarı olduqda sinif idarəolunmaz hala gəlib çıxır. Ona görə dövlət tərəfindən tədris üçün çəkilən xərc, müəllimlərin əziyyəti boşuna gedir. Bu vacib bir məsələdir.

Apardığımız monitorinqlər göstərir ki, Günümüzdə sayı 30 nəfərdən artıq olan siniflər çoxluq təşkil edir. Və əksər məktəblərdə paralel siniflər təşkil olunmur. Dərslər bir otaqda 30-35 şagirdə tədris olunur. Xüsusən də ibtidai siniflərdə (I-IV) şagird sıxlığı daha çox yaşanmaqdadır.

Hazırda Azərbaycanın 4472 orta məktəbində 1.5 milyona yaxın şagirdə 151 min müəllim dərs keçir. Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Lakin burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub.

Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, ölkəmizdə də bu məsələni rasionallaşdırmaya ehtiyac duyulur. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasını da vacibdir.

Kamran Əsədov: “Gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var”.

Düşünürəm ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədrisin sisteminin qurulmasıdır. Hesab edirəm ki, müəllim şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək.

Ümumiyyətlə, Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır. Buna görə də hesab edirəm ki, gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var.

Artıq 2 ildir ki, şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür ki, bu da sosial ədalət prinsipini qoruyur. Bir çox hallarda valideynlər övladlarını digər ərazilərdə yerləşən məktəblərə yollayırdı ki, bu zaman həmin məktəbin mikroərazisində sıxlıq formalaşır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar