Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Kəşmirdə nə baş verir? - Hindistan-Pakistan böhranının səbəbləri...

“Euronews” qəzeti, Türkiyə, 15 avqust 2019-cu il

Hindistan Cammu Kəşmirə yarım əsrdən çoxdur xüsusi status verən konstitusiya maddəsini avqustun 5-də ləğv etdiyi üçün bölgənin gələcəyi ilə bağlı gərginlik get-gedə böyüyür.

Bölgəyə xüsusi statusu verən maddə ləğv ediləndən bəri Kammu Kəşmirdə ciddi təhlükəsizlik və məhdudlaşdırma tədbirləri həyata keçirilir. Hindistan rəhbərliyi Cammu Kəşmirdə hər şeyin normallaşdığını desə də, beynəlxalq media bölgədə internetə, telefonlara və nömrələrə məhdudiyyət qoyulduğunu yazır. Qeyd edilir ki, Kammu Kəşmir sakinləri barədə heç bir səbəb olmadan istintaq cəlb edilir, təhlükəsizlik qüvvələri insanlara şiddət göstərir. Ən əsası isə xüsusi statusun ləğv edilməsi xalq tərəfindən qətiyyən dəstəklənmir.

Pakistan və Hindistan arasında ixtilafa səbəb olan Kəşmir şəhəri harada yerləşir?

Cənubi Asiya bölgəsindəki Kəşmir şəhəri Pakistan, Hindistan və Çinin arasında yerləşir. Hindistan 1947-ci ildə müstəqillik qazandıqdan və bölündükdən bu yana 222 min 200 km sahəyə malik olan bu bölgə Hindistan və Pakistan arasında əsas mübahisə obyektinə çevrilib.

Bölgədəki tərəflər niyə razılığa gələ bilmirlər?

İngilis müstəmləkəçiliyindən xilas olan Hind yarımadasında 1947-nin avqustunda Pakistan və Hindistan 2 ayrı ölkə kimi müstəqillik qazandıqdan sonra Kəşmir problemi başlayıb. İngiltərə 1947-də Hindistandan geri çəkilərkən əyalət kimi idarə olunan Kəşmiri Hindistan və ya Pakistanla birləşməsi üçün sərbəst buraxıb. Bu qərara Kəşmirin müsəlman əhalisi etiraz edib. Pakistan və Hindistan bölgəyə əsgər göndərdikdən sonra iki ölkə arasında 1947-ci ildə müharibə başlayıb. İki ölkə arasında eyni səbəbdən 1965 və 1999-cu illərdə də müharibə olub.

Həmin dövrdən bəri Cammu Kəşmirdə demoqrafik vəziyyət necədir?

Hindistan hökumətinin 2011-ci ildəki statistikası göstərir ki, Cammu Kəşmirin əhalisinin sayı 12,5 milyondur. Bölgədəki əhlinin 68,3%-i müsəlmanlar, 28,4-ü hindular və təxminən 1%-i buddistlərdən ibarətdir.

Kəşmir vadisindəki müsəlmanların sayı 94,4%,-ə Cammu bölgəsindəki hinduların sayı 62,5%-ə, müsəlmanların sayı isə 33,4%-ə çatır.

Cammu bölgəsində 2 ərazidən ibarət olan Çənab vadisinin 60%-i, Pir Pançalın isə 74,5%-i müsəlmanlardan ibarətdir. Soyuq çöl kimi tanınan Ladakın əhalisi isə 274 mindir. Bölgə əhalisinin 46,42%-i müsəlmanlar, 39,6%- isə buddistlərdir.

Bölgəyə nə vaxt və necə xüsusi status verildi? Bu status bölgəyə bir üstünlük qazandırdımı?

Hindistan 1947-ci ildə müstəqillik qazandıqdan sonra Cammu Kəşmir öz konstitutsiyasını qəbul etdi. Hindistan konstitusiyasına Kammu Kəşmirin demoqrafik quruluşunu və kimliyini qorumaq məqsədilə 370-ci maddə əlavə olunmuşdu. Qanuna görə, Cammu Kəşmirdə xaricilərin mülk əldə etməsinə və əyalət hökümətində işləməsinə icazə verilmirdi. Bu vəziyyət Kəşmirin demorafik vəziyyətinin dəyişilməsinə qarşı idi və gəlmələr çoxalana qədər keçici bir qərar kimi qaldı. Lakin gəlmələr olmadığına görə 370-ci maddə Yeni Dehli hökumətinin Kəşmirlə əlaqəsini təmin edən sabit bir qanun kimi qəbul edildi. Bu günə qədər konstitusiyanın 370-ci maddəsinə əsasən, Cammu Kəşmir bölgəsi tamamilə avtonom bir quruluşa malik idi. Əyalət Məclisi kommunikasiya, müdafiə, maliyyə və xarici münasibətlər sahələrindən başqa, digər qanunları qəbul etməkdə azad idilər.

Xüsusi status ləğv edildikdən sonra vəziyyət necədir?

Hindistan Parlamenti Cammu avqustun 5-də Kəşmirə yarım əsrdən çoxdur muxtariyyət qazandıran 370-ci maddəni ləğv edərək bölgənin bölgənin xüsusi statusunu ortadan qaldırdı. Hindistanda Cammu Kəşmiri “Cammu və Kəşmir” olaraq 2 yerə bölərək yenidən formalaşdırmaqla bağlı təklif əvvəlcə federal parlamentin üst qanadı olan Rajya Sabhada (Əyalətlər Məclisi), daha sonra isə federal parlamentin alt qanadı olan Lok Sabhada (Xalq Məclisi) qəbul edilib. Qərara əsasən, bölgə Cammu və Kəşmir Birlik Ərazisi ilə Ladak Birlik Ərazisi şəklində yenidən qurulub. Qərarda deyilir ki, Cammu Kəşmir bölgəsində məhdud səlahiyyətli bir yerli məclis yaradılacaq, lakin Ladakda məclis olmayacaq.

Cammu Kəşmirin bundan sonra digər hind vətəndaşlara tətbiq olunan qanunlarla idarə edilməsi gözlənilir. Bölgənin öz konstitusiyasına sahib olmaq, müdafiə, kommunikasiya və xarici münasibətlərdən başqa, qalan bütün məsələlərdə qanun qəbul etmək səlahiyyəti də artıq yoxdur. Hindistan hökuməti bildirib ki, hökumətin nəzarət etdiyi bölgəni tamamilə Hindistana birləşdirmək məqsədilə belə bir qərar qəbul edilib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Şərh yazın.

loading...