Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəşmir üçün artıq sülh yolu yoxdur: Xalq Partiyası niyə xaos yaradır?

Modinin Xalq Partiyası Kəşmirlə bağlı demokratik və sülhyönümlü həll yollarını birdəfəlik məhv etdi. Artıq ən mülayim kəşmirlilərin belə Hindistan Xalq Partiyasının (BJP) liderliyindəki Dehli hökumətinə güvənəcəyini gözləyə bilmərik

Adam UİTNEL
“The Independent”, Asiya, 7 avqust 2019-cu il

Müsəlmanların üstünlük təşkil etdiyi Kəşmir şəhərinin özəl statusunu ləğv etmək istəyən Hindistan hökuməti, görünür, xalqın suvenerenlik hüququnu görməzdən gəlir.

70 ildən sonra bazar ertəsi günü Kəşmirin Hindistanla birləşməsi ilə bağlı olaraq əldə etdiyi əlavə hüquqlardan və muxtariyyətdən məhrum ediləcəyi açıqlanıb. Bu gözlənilməz xəbər Dehli ilə Srinaqar arasındakı güvənin sarsıldığını göstərir.

Hər şey keçən həftə ciddi şəkildə hərbi vasitələrlə təchiz olunmuş Kəşmir vadisinin strateji mövqelərinə əlavə olaraq minlərlə Hindistan dəstələrinin göndərilməsi ilə başlayıb.

O dönəmdə hökumət qəzetlərə bildirmişdi ki, bu tədbirlər sadəcə olaraq bölgədəki yorğun dəstələrin əvəz edilməsi üçün görülür. Lakin bunun artıq yalan olduğunu bilirik.

Ardınca isə bu gərginliyə meydan oxuyaraq açıqlama belə vermədən Srinaqarın gözəl yerlərini gəzən az sayda turistlərdən bölgədən çıxıb, ölkənin başqa yerlərini gəzmələri tələb olunub. Bunun səbəbi soruşulduqda isə hökumət heç bir cavab verməyib.

Bazar günü həm əsas siyasi partiyaların, həm də şiddətdən uzaq olan hərəkatların liderləri ev həbsinə salınıb və onlara bildirilib ki, mitinqə gedə bilməyəcəklər.

Nəhayət, hökumət artıq ciddi bir problemin olduğuna işarə edərək Kəşmirdə internetə qadağa qoyub. Bu, əsasən, xaos zamanı etirazçıların təşkilatlanmasının qarşısını almaq üçün nadir hallarda istifadə edilir. Beynəlxalq Amnistiya Təşkilatı bu cür məhdudlaşmaların beynəlxalq insan hüquqları standartlarına uyğun gəlmədiyini bildirib.

Narendra Modinin rəhbərlik etdiyi hindu milliyətçisi Kəşmiri ölkənin qalan şəhərlərində tətbiq olunan qanunlarla eyni səviyyəyə gətirəcəyini bəhanə edərək Hindistan Xalq Partiyasının (BJP) konstitusiyasının 370-ci maddəsinin ləğv edilməsi ehtimalını illərdir gündəmdə saxlayır. Maddənin ləğv edilməsi hindu mühacirlərin vadiyə köçməsinə şərait yaradacaq və universitetlərdə, dövlət qurumlarında qeyri-müsəlmanlara daha çox yer açacaq.

Bu, partiyanın sağ cəbhəsinin seçiciləri tərəfindən bəyənilən bir fikirdir və BJP-nin dini fərq qoymadan bütün ölkədə qanuni, iqtisadi və sosial sistemin qurulması barədəki kampaniyası ilə də paralel gedir.

Kəşmirdə 30 ildir davam edən silahlı partizan toqquşmalarından sonra hökumət, eyni zamanda, ayrılmaq istəyən döyüşçülərin təhdidlərini aradan qaldırmaq üçün radikal və güclü bir mövqenin lazım olduğunu müdafiə edir. Bazar ertəsi günü keçirilən parlament iclasında ortaya çıxıb ki, Kəşmirin özəl statusunun ləğv edilməsi BJP-dən də başqa, Hindistandakı bir çox regional partiya tərəfindən də dəstək görür. Halbuki, bu gün bu məsələlər adi kəşmirliləri təmin etmək üçün müzakirə olunmur. Əksinə, bu prosesdən birbaşa təsirlənən insanların istəklərini tapdayaraq verilmiş bir qərarı qanuniləşdirmək üçün arqumentlər hazırlanır.

Kəşmirin sabiq baş naziri və ən böyük yerli partiyalardan biri olan Milli Konfransın rəhbəri köməkçisi Ömər Abdullah statusunun ləğv edilməsi ilə bağlı verdiyi açıqlamada bildirib ki, xəbərlərin mahiyyəti ilə yanaşı, çatdırılma forması da Kəşmir xalqını olduqca incidib.

Abdullah Dehlini hiyləgərlikdə günahlandıraraq qeyd edib ki, bu qərar 1947-ci ildə dövlətə güvənərək Hindistana qoşulan Kəşmir xalqına qarşı böyük xəyanətdir.

Bu ilki Kəşmir səfərimdə bundan öncəki baş nazir Məhbubə Müfti ilə yanaşı, Abdullahın komandası ilə danışdım. Onlar qeyd edirlər ki, şəhər üçün sülhə gedən tək yol məclisin yenidən qüvvəyə minməsi və sadə kəşmirlilərin güvənə biləcəyi demokratiyaya keçid edilməsidir.

Amma BJP bunun tərsini edib: qanuni boşluqdan istifadə edərək prezidentin səlahiyyətlərini genişləndirərək mərkəzi qərarın şəhərdə keçərli olması üçün iqtidar partiyasının əməl etməli olduğu, konstitusional önəm daşıyan yerli razılığı nəzərə almayıb.

Sözsüz ki, hüquqi meydan oxumalar baş verəcək. Abdullah: “Qarşıdakı uzun və sərt müharibə üçün hazır olduqlarını”, bildirib. Həmçinin, hökumət Kəşmirdəki artırılmış təhlükəsizlik durumunun yaxın zamanda normala dönəcəyini iddia etsə belə, şiddətli etirazlar baş verəcək. Lakin hadisələr hansı yöndə inkişaf etsə də, dəqiq olan bir şey var: artıq ən mülayim kəşmirlilərin belə Hindistan Xalq Partiyasının (BJP) liderliyindəki Dehli hökumətinə güvənəcəyini gözləyə bilmərik. 5 avqustda verilən qərar yaxın gələcəkdə vadidə bir iş birliyinə əsaslanan demokratik sülh yolunu birdəfəlik məhv etdi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar