Bazar ertəsi, 30 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kəskin yoxsulluq həddində yaşayan uşaqların sayı açıqlanıb

Dünyada hər 6 uşaqdan biri kəskin yoxsulluq şəraitində yaşayır.

Bu göstəricilər Dünya Bankı və UNICEF-in birgə araşdırılmalarında göstərilir.

COVID-19-dan əvvəlki analiz göstərir ki, 356 milyon uşaq gündəlik 1,90 ABŞ dollarından daha az pulla yaşamaq üçün mübarizə aparır, bunların üçdə ikisi Afrikanın Sub-Saxara bölgəsində, 5-də biri isə Cənubi Asiyada yaşayır.

Hesablamalara görə, getdikcə bu vəziyyət daha da kəskinləşəcək.

Təhlillər göstərir ki, 2013-2017-ci illər arasında kəskin yoxsulluq həddində yaşayan uşaqların sayı təxminən 29 milyon nəfər azalıb.

Bununla birlikdə UNICEF və Dünya Bankı Qrupu, son illərdə əldə edilən hər hansı bir irəliləmənin yavaş templi, qeyri-bərabər paylandığını və COVID-19 pandemiyasının iqtisadi təsiri səbəbiylə risklərin yüksəlməsi xəbərdarlığını edir. UNICEF-in proqramlar departamentinin direktoru Sancay Vijesekera (Sanjay Wijesekera) deyib ki, pandemiyanın sosial vəziyyətə neqativ təsiri nəticəsində çətinliklər artacaq:

“Hökumətlər daha çox uşağın və ailələrin illərlə görünməmiş yoxsulluq həddində yaşamasını önləmək üçün təcili uşaqları xilas etmək üçün plan üzərində işləməlidirlər. Dünya əhalisinin təxminən 3-də biri uşaqlardır. Həddindən artıq yoxsul olanların isə təxminən yarısı uşaqlardır. Yetkinlik yaşına çatmışlara nisbətən uşaqlar arasında yoxsulluq səviyyəsi də yüksəkdir. Belə ki, birincilərdə bu rəqəm 7,9%-dirsə, uşaqlarda bu rəqəm 17,5%-dir. İnkişafda olan ölkələrdə 5 yaşından aşağı uşaqların demək olar ki, 20%-i həddindən artıq yoxsuldur”.

Dünya Bankının yoxsulluq və bərabərlik üzrə qlobal direktoru Karolina Sançez-Paramo (Carolina Sánchez-Páramo) deyib ki, yoxsulluq həddində olan uşaqların 50%-nin hətta pandemiyadan öncə də uşaq olması təhlükənin böyük olmasından xəbər verir:

“2013-2017-ci illəri müqayisə edəndə bütün regionlarda azalma olsa da Afrikada kəskin yoxsulluq həddində yaşayan uşaqların sayı 170 milyondan 234 milyona yüksəlib”.

Təhlillər göstərir ki, aşırı yoxsulluq həddində yaşayan uşaqların 40%-nin bu vəziyyətə düşməsinə münaqişələr təsir edib, 70% uşağın isə yaşadığı ailənin başçısı kənd təsərrüfatı sektorunda çalışır.

Dünya Bankı və UNICEF uşaqlar və ailələr arasında yoxsulluğun həddinin aşağı salınması üçün ölkələrin sosial ödəmələrə daha çox vəsait ayırmasını təklif edir. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa...” - Paşinyan

Razılaşma pozulur? - Ermənistan Dağlıq Qarabağdan qoşunlarını çıxarmayacaq...

Ermənilər Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - Fotofakt

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” - Sabiq erməni səfir

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - Video

Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi

ABŞ generalı Türkiyə və Azərbaycanı dəstəkləməyə çağırdı

Müdafiə Nazirliyindən sülhməramlılarla bağlı açıqlama - Video

“Böyük bir müharibə başlaya bilər...” - Senatordan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay