Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəskin soyuq hava turizm şirkətlərini də iflic etdi: Turlar geri qayıdır

Havanın kəskin dəyişməsi ilə bağlı ölkə üzrə təşkil olunan bəzi turlar ləğv edilib...

Bu barədə Oxu.Az-a tur şirkətlərindən məlumat verilib.

Qeyd edilib ki, bu gün Azərbaycanın Qusar rayonunda yerləşən “Şahdağ” turizm mərkəzinə gedən turlardan bir neçəsi geri qayıdıb. Buna səbəb yolların buz bağlamasıdır.

Agentliklərdən qeyd edilib ki, Qəbələ rayonunda yerləşən “Tufandağ” turizm mərkəzinə gedən turlardan 50 faizə qədəri yoldan qayıdıb:

“Turistlər səhər saat 07:00-dan şəhərdən çıxsalar da, Qəbələyə indi çatıblar”.

Qeyd edək ki, bu gün səhər saatlarından ölkə ərazisində yağıntı qara keçib, bəzi yerlərdə intensiv və güclü olub, yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.

Düşən qarın miqdarı Qəbələdə 29 mm (aylıq normanın 52%-i), Lənkəran, Sarıbaşda 25 mm (aylıq normanın 47%-i), Xınalıqda 23 mm, Kişçay (Şəki) (aylıq normanın 50%-i), Göyçay (aylıq normanın 63%-i), Astarada 22 mm, Gədəbəydə 21mm, Qrızda 21 mm (aylıq normanın 84%-i), Oğuzda 19 mm (aylıq normanın 38%-i), Xaltanda 17 mm (aylıq normanın 68%-i), Daşkəsəndə 15 mm, Şəkidə 15 mm, Beyləqan, Qubada 14 mm (aylıq normanın 46%-i), Zaqatalada 13 mm, Kürdəmir, Qusarda 12 mm, Daşkəsəndə 11mm, Nabran,Yardımlıda 10 mm, Altıağac, Lerik, Göygöldə 9 mm, Ağdam, Tərtər, Kirən (Tovuz), Cəfərxanda 8 mm, Ordubad, Ağdərə (Ordubad), Balakən, İmişlidə 7 mm, Bərdədə 6 mm, Şahbuzda 5 mm, Şabranda 4 mm, Biləsuvar, Mərəzədə 3 mm, İsmayıllı, Xaçmazda 2 mm, Şamaxı, Tovuz, Şəmkir, Gəncə, Naxçıvan, Şərur, Sədərək, Neftçala, Zərdab, Mingəçevirdə 1mm olub.

Bakıda və Abşeron yarımadasında - Zabrat, Maştağada 6 mm, Bakıda 3 mm, Sumqayıt, Neft Daşları, Pirallahı, Çilov adasında 1 mm olub.

Əmələ gələn qar örtüyünün hündürlüyü Ağdərə, Xınalıqda 43 sm, Sarıbaşda 42 sm, Şahdağ, Qrızda 40 sm, Altıağacda 36 sm, Xaldanda 35 sm, Kişçayda 30 sm, Qəbələdə 29 sm, Göygöldə 28 sm, Daşkəsəndə 27 sm, Oğuzda 23 sm, Qusarda 20 sm, Şəkidə 18 sm, Göyçayda 17 sm, Zaqatalada 16 sm, Beyləqan, Gədəbəy HMS, Göygöl Hacıkənd HMS-da 15 sm, Göygöldə 14 sm, Gədəbəy, Kirən (Tovuz), Qubada 11 sm, Şahbuz, Göygöl (Hacıkənd), Lerik, Balakən, Bərdə, Ordubad, Mərəzə, Xaçmaz, Nabran, Şabran, Tərtər, Şərur, Naxçıvan, Naftalan, Gəncə, Ağdamda 1-10 sm olub.

pia.az


Etiket: turizm

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar