Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keşikçidağda qazıntılar zamanı Tunc dövrünə aid böyük kurqanlar aşkar edilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilən “Keşikçidağda elmi –arxeoloji qazıntılar və yay məktəbi“ adlı lahiyə çərçivəsində arxeoloji tədqiqatların yeni mərhələsi başlayıb.

APA-nın məlumatına görə, qazıntılar zamanı Tunc dövrünə aid böyük kurqanlar aşkar edilib. Zəngin mədəni irsə malik qəbir abidələrində dövrün ən maraqlı həm də vacib elementləri aşkar edilib.

Son Tunc və İlk dəmir dövründə arealın otlaqlar üçün yararlığı, təbiətinin zənginliyi, su mənbələrinin yaxınlığı və xüsusilə də ticari karvan yollarının bu ərazidən keçməsi qədim tayfalar üçün Sarıyoxuş, Karvan və Qaltan dərələristrateji əhəmiyyət daşıyıb. Sözügedən ərazilərdə tapılan kurqan tipli qəbir abidələri onu deməyə əsas verir ki,burada yüksək sosial statusa malik qədim tayfa nümayəndələri yaşayıb və dəfn ediliblər.

İlkin araşdırmalar zamanı Sarıyoxuş dərəsi 2 saylı kurqanın dəfn kamerasından Qədim Şərqdə geniş istifadə olunan silindrik möhür xüsusi olaraq diqqəti çəkməkdədir. Möhürdən çıxarılmış həkk üzərindəki təsvirlər Ön Asiyadakı Mitanni imperiyasının ən yüksək inkişaf dövrünün üslubundadır. Silindrik möhür e.ə. II minilliyin sonu I minilliyin əvvəlində Şimali Azərbaycan ərazisində sinifli cəmiyyətlərin və dövrünə uyğun dövlət quruluşunun mövcudluğunun göstəricisidir. Bu möhürün sayca altıncısının tapılması xarici alimlərin də maraq dairəsində olub.

Sarıyoxuş dərəsinin göstərilən kurqanlarında tədqiqatlar davam etməkdədir. Arxeoloji kəşfiyyat zamanı Sarıyoxuş və Karvan dərələrinin sərhədlərinin kəsişməsində “Ceyran çuxuru” adlanan ərazidə daha 3 daş və 1 torpaq örtüklü kurqan tipli qəbir abidələri qeydə alınıb.

Arxeoloji qazıntılardan əldə olunan nəticələr onu sübut edir ki, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisi bu cür tarixi maddi-mədəniyyət nümunələri ilə zəngindir. Buna görə də ərazidə arxeloji qazıntılarla bəranər arxeoloji kəşfiyyat işləri də davam etdilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Ən çox oxunanalar