Müdafiə nazirinin birinci müavini - Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilən general-leytenant Kərim Vəliyevin babası Azərbaycanın görkəmli xalq şairi Səməd Vurğunun əmisi oğludur.
Bu barədə Manset.az-a açıqlamasında xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı, "Səməd Vurğun" ev muzeyinin direktoru Nüşabə Vəkilova bildirib.
"Bəli, bu barədə bizdə muzeydə də məlumat var. Biz orada da qeyd etmişik ki, general-leytenant Kərim Vəliyevin ana babası Kərim Vəkilovla, Səməd Vurğun doğma əmioğludur", - N.Vəkilova deyib.
pia.az