Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd təsərrüfatında artım - Bu artım tempi davamlı olacaq, yoxsa?...

Ekspert: “Aqrar sektorun kreditləşməsi Milli Bankla, Maliyyə Nazirliyi və digər təşkilatlarla böyük bir proqram şəklində həllini tapmalıdır”

“Kənd təsərrüfatının inkişafı təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Bu həm də iqtisadiyyatın digər sahələrinin həmin təsərrüfatla əlaqəsindən asılıdır. Yəni başqa sahələr, o cümlədən bank, kredit, maliyyə təşkilatları da sağlamlaşmalıdır ki, kənd təsərrüfatının sağlamlaşmasına kömək edə bilsinlər”.

Bu sözləri iqtisadçı İlham Əzizov kənd təsərrüfatının maliyyələşməsini və ucuz kreditlə təminatını PİA.az-a şərh edərkən qeyd edib.

Aqrar sektorun inkişafı ölkəmiz üçün strateji əhəmiyyətə malikdir. Çünki aqrar sektor qida təhlükəsizliyimizin qarantı olmaqla yanaşı, əhalimizin məşğulluğunda mühüm rol oynayır. Azərbaycanın ənənəvi kənd təsərrüfatı sahələrini tərəvəz və bostançılıq, taxılçılıq, heyvandarlıq, pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq və çayçılıq təşkil edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 894,2 mln. manat təşkil edib ki, onun da 857,7 mln. manatı heyvandarlıq, 36,5 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8%, bitkiçilik məhsulları üzrə isə 24,7% artıb.

Hazırda kənd təsərrüfatında yaz-tarla işləri aparılır və 2019-cu il aprel ayının 1-nə kimi 126,4 min hektar sahədə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 10,4% çox yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 21,5 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 1,7 min hektarı dən üçün qarğıdalı), 28,8 min hektar sahədə kartof, 25,9 min hektar sahədə tərəvəz, 3 min hektar sahədə bostan bitkiləri, 3,1 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektar sahədə dən üçün günəbaxan, 40,7 min hektar sahədə çoxillik otlar və 0,5 min hektar sahədə birillik otlar əkilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin birinci rübündə iri buynuzlu mal-qaranın sayı 11,4 min baş azalaraq 2 672,7 min baş, qoyun və keçilərin baş sayı 95,5 min baş azalaraq 8 563,7 min baş olub. Bu dövrdə diri çəkidə 122,9 min ton ət, 467,5 min ton süd, 442,4 mln. ədəd yumurta, 68,3 min ton tərəvəz istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1%, süd istehsalı 2%, yumurta istehsalı 1,8%, tərəvəz istehsalı 3,2% artıb.

Bu ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,2%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,8% artıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1% azalıb. Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 3,9% artıb, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri isə sabit qalıb.

Azərbaycanda neft sektorundan sonra aqrar sektor əsas prioritet sahə hesab olunur. Qeyri neft sektorunun inkişafı proqramına və “Yol Xəritəsi” planına uyğun olaraq kənd təsərrüfatının maliyyələşməsini və ucuz kreditlə təminatını yetərli hesab etmək olarmı? Göründüyü kimi statistik rəqəmlər ötən il kənd təsərrüfatında 3,6% artım olduğunu deyir. Lakin mütəxəssislər aqrar sektorda artım balansının pozulduğunu qeyd edirlər. Həmçinin torpaqların sürətlə şoranlaşması faktoru da önə çəkilir. Hesab etmək olarmı ki, hazırkı artım tempi davamlı olacaq, yoxsa bu temp müvəqqəti xarakterlidir və gələcəkdə Azərbaycanın kənd təsərrüfatı iflasla üzləşə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizovun fikirlərini öyrənib.

İlham Əzizov: “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Həmin Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı rayonlarda ciddi narazılıqlar var və onların fəaliyyəti ürəkaçan deyil”.

Son dövrlərdə dünya dövlətləri tərəfindən neftin qiymətinin suni olaraq aşağıya salınması ilə bağlı hər bir ölkədə başqa sahələrə marağın artağa başladığını xatırladan iqtisadçı İlham Əzizov PİA.az-a açıqlamasında bildirib ki, bu səbədən də Azərbaycan höküməti də qeyri-neft sahələrinə marağını artırıb. İqtisadçının fikrincə qeyri-neft sektoru deyərkən Azərbaycanda əsasən kənd təsərrüfatı ağla gəlir və təbiidir. Çünki bizim iqlimimiz, torpağımızın vəziyyəti imkan verir ki, həm daxili tələbatımızı ödəmək üçün, həm də ixracat məqsədi ilə çoxlu məhsullar istehsal edək:

“Aqrar sahə əvvəllərdən, hətta sovet dövründə də Azərbaycanda prioritet sahələrdən biri olub. Bildiyimiz kimi neft bumunda aqrar sahə bir az arxa plana keçmişdi. Çünki neftdən gələn gəlirlər çox idi və büdcədə problem olmadığına görə hökümət üçün artıq aqrar sahəyə o qədər də maraq kəsb etmirdi.

Son dövrlər dünya dövlətləri tərəfindən neftin qiymətinin suni olaraq aşağıya salınması ilə bağlı hər bir ölkədə başqa sahələrə maraq artağa başladı. O cümlədən də Azərbaycanda da digər qeyri-neft sahələrinə marağını artırıldı. Azərbaycanda neftdən sonra əsas sahə aqrar sahədir. Qeyri-neft sektoru deyərkən Azərbaycanda əsasən kənd təsərrüfatı ağla gəlir və təbiidir. Çünki bizim iqlimimiz, torpağımızın vəziyyəti imkan verir ki, həm daxili tələbatımızı ödəmək üçün, həm də ixracat məqsədi ilə çoxlu məhsullar istehsal edək.

İlham Əzizov: “Bazar iqtisadiyyatına uyğun olaraq kəndliyə istehsal edəcəyi məhsulu özünün müəyyən edilməsi şəraiti yaradılmalıdır”.

Məlumdur ki, kənd təsərrüfatı ilə bağlı bu yaxınlarda prezidentin sərəncamı oldu. Əmək v Əhalinin Sosial Müdafiə Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə tapşırıldı ki, bu barədə “Yol Xəritəsi” hazırlasınlar. Bundan çıxış edib demək olar ki, hal-hazırkı vəziyyət ürəkaçan deyil.

Onu da qeyd edim ki, indiki şərtlər altında kənd təsərrüfatının kreditləşməsini düzgün hesab etmirəm. Kreditləşmə Milli Bankla, Maliyyə Nazirliyi və digər təşkilatlarla böyük bir proqram şəklində həllini tapmalıdır. Hesab edirəm ki, gələcəkdə bunun daha effektiv variantları axtarılıb tapılacaq. Bildiyimiz kimi Kənd Təsərrüfatı naziri dəyişib və yeni ideyalı, novatorluğu ilə tanınan və müasir tələblərlə işləyən bir şəxs nazir vəzifəsinə gətirilib.

Kənd təsərrüfatının inkişafı təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Bu həm də iqtisadiyyatın digər sahələrinin həmin təsərrüfatla əlaqəsindən asılıdır. Yəni başqa sahələr, o cümlədən bank, kredit, maliyyə təşkilatları da da sağlamlaşmalıdır ki, kənd təsərrüfatının sağlamlaşmasına kömək edə bilsinlər. Həmçinin də bazar iqtisadiyyatına uyğun olaraq kəndliyə istehsal edəcəyi məhsulu özünün müəyyən edilməsi şəraiti yaradılmalıdır. Bazarda hansı məhsul bahadırsa, kəndli onu əkmək istəyir. Biz kəndliyə ancaq tövsiyyə verə bilərik və satınalmalar təşkil edə bilərik. Biz satınalmaları düzgün təşkil edə bilsək, aqrar sahədə inkişafa nail ola bilərik.

İlham Əzizov: “Azərbaycan torpaqlarının yenidən təftişi həyata keçirilməlidir. Əkinə yararlı və yararlı olmayan sahələr dəqiqləşməlidir”.

Aqrar sahədə artım tempi var. Yəni aqrar sahə başqa sahələrdən fərqli olaraq inkişaf edir. Qeyd edim ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Həmin Açıq Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı rayonlarda ciddi narazılıqlar var və onların fəaliyyəti ürəkaçan deyil. Mən təklif edərdim ki, 3 nazirlikdən başqa bu təşkilata da tapşırılsın ki, kənd təşərrüfatı proqramında yaxından inkişaf etsin.

Ümumiyyətlə Azərbaycan torpaqlarının yenidən təftişi həyata keçirilməlidir. Əkinə yararlı və yararlı olmayan sahələr dəqiqləşməlidir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar