Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd saknləri "tender kralı"ndan Prezidentə şikayətçidir...

İsmayıılı rayonunun Kürdmaşı kəndində narazılıq yaranıb. PİA.az sosial şəbəkələrdə yayılan məlumata istinadla xəbər verir ki, kənd sakinləri əkinə yararlı sahələrin bir qismini SOCAR-ın Təchizat İdarəsinin rəis müavini Fuad Həziyev tərəfindən ələ keçirildiyini iddia edirlər.

Kənd sakinləri Prezidentə müraciət edərək, bu məsələnin nəzarətə götürülməsini xahiş edir, tədbir görülməsini istəyirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl xəbər saytlarında Fuad Həziyevin həyat yoldaşı Aytən Əzizovanın adına həmin kəndin ərazisində şərab zavodu təsis etməsi, eyni zaanda, bu kənddə kənd təsərrüfatı ilə məşğul olması barədə xəbər yayılıb.

Həmin xəbərdə o da iddia olunur ki, adıçəkilən məmur bununla da kifayətlənməyərək, Bakıda fəaliyyət göstərən, dəyəri 6 milyon manatı aşan "Bakıspirt" zavodunun da qeyri-rəsmi sahibidir.

Qeyd edək ki, zavodun rəsmi WEB səhifəsində bu biznes şəbəkəsinin 2021-ci ildə yaradıldığı və qısa zamanda ABSOLUTE ORGANIC, ORGANIC NATION, HAYAT VODKA, BLACK SCORPION, BUSINESS LINE, ABSOLUTE VODKA, ABSOLUTE CLASSIC, ВАКЦИНА, ЗЕРО və sair çeşiddə araq məhsullarının istehsal olunduğu bildirilib.

Saytlarda, məsələn Reyting.az-da yayılan iddialardan biri də odur ki, müxtəlif biznes şəbəkəsi ilə yanaşı, həm də ayrı-ayrı adamların adına yaratdığı çoxsaylı MMC-lərin ( "MACON" MMC, "CREATE İNDUSTRY" MMC, "FİRE SAFETY CASPİAN AZERBAİJAN" MMC, "AZBEN SUPPLİES" MMC, "AZBEN İNŞAAT" MMC , "AZBENT LOGISTICS" MMC, "ASTRAVEL" MMC, "Ələsgərli N. F" və sair) sahibi olan Fuad Həziyev, həm də "tender kralı" kimi tanınır.

Məsələ bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar