Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd məktəbləri ilə paytaxt məktəbləri arasında təhsilin fərqi... – Ekspert şərh edir

Əsasən kasıb uşaqlarının təhsil aldığı regionlarda dərslərin keyfiyyəti və məktəblərin maddi bazası Bakıda olduğundan xeyli aşağıdır...

Təhsil eksperti: “Ölkənin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, fənlər üzrə ən yüksək nəticə, əsasən, birbaşa Təhsil Nazirliyinin tabeliyində olan liseylərə və özəl liseylərə məxsusdur”.

“Təhsilin idarə olunmasında vacib məqamlardan biri də kadrların düzgün seçilib yerləşdirilməsi və keyfiyyət tərkibinin daim yaxşılaşdırılmasıdır. Bu problem Bakı şəhərində həll olunduğu üçün imtahanların nəticələrində fərq nəzərə çarpır”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov kənd məktəbləri ilə paytaxt məktəbləri arasında olan təhsilin keyfiyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Bakı məktəblərinin məzunlarının qəbul imtahanlarındakı göstəriciləri açıqlanıb. Nəticələrə görə qəbul imtahanlarında iştirak edən 17 505 abituriyentin 13 012 nəfəri, yəni 74 faizi respublikanın müxtəlif ali və orta ixtisas müəssisələrinə qəbul olub. 500 və 500-dən yuxarı bal toplayan abituriyentlərin sayı isə qəbul olunanların 22 faizini təşkil edir.

Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib ki, ali məktəbə qəbul imtahanlarında İdarənin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə orta göstəricisi 363,3 baldır:

“600-700 bal aralığında nəticə göstərən məzunların sayı 0-100 bal arası nəticəsi olanlardan çoxdur. 2019-2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib. Onlardan 26-sı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunlarıdır”.

Məlumdur ki, kənd məktəblərində bu göstəricilər daha aşağıdır. Bakı ilə regionlar arasında təhsilin keyfiyyəti ilə bağlı danışmaq yersizdir. Əsasən kasıb uşaqlarının təhsil aldığı regionlarda dərslərin keyfiyyəti və məktəblərin maddi bazası Bakıda olduğundan xeyli aşağıdır. Buna baxmayaraq bəzi rayonlarda şagirdlər məhz öz zəhmətləri və oxumaq istəyi ilə böyük uğurlara imza atırlar.

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovla müzakirə edib.

Kamran Əsədov: “Bakı şəhərinin məktəblərində müəllim-şagird nisbəti sabitləşib. Amma regionlarda bu problemin davam etməsi nəticələrə təsirini göstərir”.

Kənd rayonlarının bir çox fənlər üzrə göstəricilərinin Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqladığını vurğulayan təhsil eksperti belə rayonlara misal olaraq Qax, Şəki, Oğuz, Qəbələ, Salyan, Ordubadİsmayıllı rayonlarını göstərib:

“İlk növbədə qeyd edim ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bu gün doğma Azərbaycanımızın hər yerində, bütün bölgələrində yeni-yeni məktəblər tikilir, onların maddi-texniki bazası gücləndirilir, ən müasir kompüter avadanlıqları ilə və digər ləvazimatlarla təchiz edilir. Yəni kənd məktəblərinin maddi texniki bazası hətta paytaxtın bir çox məktəblərindən yaxşıdır. Azərbaycan təhsili böyük sürətlə Avropa və dünya təhsil sisteminə inteqrasiya olunur.

Qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş gənclərin sosial tərkibinin təhlili göstərir ki, ailələrinin sosial durumundan, regionlar üzrə paylanmasından asılı olmayaraq, gənclərimiz yüksək nəticələrə məhz öz bilik, bacarıq və zəhmətləri sayəsində nail olurlar.

Təhsilin idarə olunmasında vacib məqamlardan biri də kadrların düzgün seçilib yerləşdirilməsi və keyfiyyət tərkibinin daim yaxşılaşdırılmasıdır. Bu problem Bakı şəhərində həll olunduğu üçün imtahanların nəticələrində fərq nəzərə çarpır. Bakı şəhərinin məktəblərində müəllim-şagird nisbəti sabitləşib. Amma regionlarda bu problemin davam etməsi nəticələrə təsirini göstərir.

Kamran Əsədov: “Tam şəkildə demək düzgün olmaz ki, Bakı məktəblərinin göstəriciləri region məktəblərindən yüksəkdir”.

Təəssüflə qeyd etmək lazımdır ki, bu il Ağsu, Xızı, Astara, Daşkəsən, Lerik, Ağdaş, Şabran, SabirabadSamux rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 30%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

Ölkənin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, fənlər üzrə ən yüksək nəticə, əsasən, birbaşa Təhsil Nazirliyinin tabeliyində olan liseylərə və özəl liseylərə məxsusdur. Fənlər üzrə şəhər və rayon təhsil şöbələrinin göstəricilərinin təhlilindən aydın olur ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır.

Belə rayonlara misal olaraq Qax, Şəki, Oğuz, Qəbələ, Salyan, Ordubadİsmayıllı rayonlarını göstərmək olar. Bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız hazırlıqlı məzunlarının iştirak etməsini göstərmək olar. Məsələn, bu il Bakı şəhəri üzrə məzunların 88.57%-i, Sumqayıt şəhəri üzrə 90.45%-i qəbul imtahanlarında iştirak edib.

Kamran Əsədov: “Bu il Ağsu, Xızı, Astara, Daşkəsən, Lerik, Ağdaş, Şabran, SabirabadSamux rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 30%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”.

Yüksək göstəricili rayonlar üzrə isə məzunların ən yaxşı halda 57–74%-i ali təhsil müəssisələrinə sənəd verib. Cari ildə ölkənin 3222 məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib. 600 bal toplayan məzunlar bu məktəblərin yalnız 35.72%-nin təmsilçiləridir. Sayı 1151 olan bu məktəblərin 103-ü (8.95%-i) liseylər və gimnaziyalardır ki, 600 ballıların da 27.95%-i onların məzunlarıdır. Kənd rayonlarının məktəbləri arasında fərqlənən məktəblər kimi bu il Şəmkir rayonu Düyərli kənd 1 saylı, Tovuz rayonu Alakol kənd, Şəki rayonu Baş Zəyzid kənd və Culfa rayonu Yaycı kənd 1 saylıtam orta məktəblərini göstərmək olar.

Yüksək ballılar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt və Mingəçevir şəhərləri, Sədərək, Qax, Şəki, QubadlıOrdubad rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 15–17-i imtahanlarda 500-dən yuxarı bal toplayıb.

Düzdür, tam şəkildə demək düzgün olmaz ki, Bakı məktəblərinin göstəriciləri region məktəblərindən yüksəkdir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar