Bazar, 07 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kəmaləddin Heydərovla Elçin Quliyev karantindəki vətəndaşlarla görüşdü

Martın 29-da Kəmaləddin Heydərovla Elçin Quliyev karantindəki vətəndaşlarla görüşdü...

Martın 29-da Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidməti­nin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar naziri general-polkovnik Kamaləddin Heydərov Rusiya Federasiyasından avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin tədbirlərinə cəlb olunmuş vətəndaşlarla görüşmək məqsədilə həmin ərazidə olublar.

DSX-dan verilən məlumata görə, hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında geniş məlimat verilib, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.

Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma vəziyyətinə baxış keçirilmiş, üzləşdikləri problemlərlə maraqlanılmış, xahiş və müraciətləri dinlənilmiş, qaldırılan mə­sələlərin qısa müddətdə öz həllini tapması üçün tədbirlər görülmüşdür. Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrılmış yerlər və oradakı şərait öyrənilmiş, vətəndaşların və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilmiş, zəruri göstərişlər verilmişdir.

Dövlət sərhədindən buraxılış məntəqəsində rejim tədbirlərinin təşkili vəziyyəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təxliyə edilməsi məsələləri nəzərdən keçirilmiş, birgə fəaliyyətin yüksək səviyyədə təşkil olunması qeyd edilmiş və bu istiqamətdə aidiyyəti dövlət orqanlarının əməkdaşlığının daha da təkmilləşdirilməsi üzrə müvafiq tapşırıqlar verilmişdir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ölkədə yüzminlərlə yoluxan var, bunun qarşısını karantinlə almaq mümkün deyil” - Açıqlama

Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi, tənqid atəşinə tutuldu - Foto

“Agent siyahısında Pənah Hüseynlə İsa Qəmbərin adları olub” - Elçibəyin köməkçisi

Polis küçəyə çıxan sakinlərlə belə mübarizə aparır

Neftçala rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradıldı — Fotolar

Ailələrə pul veriləcək - Qızların tələf edilməməsi üçün...

Həkim qapadılma rejimindən danışdı: “Sadə xalqın üzərinə bu qədər getmək olmaz”

“Belə getsə, adi günlərdə də evdən çıxmaq qadağan olunacaq“ - Deputat

loading...

Ən çox oxunanalar