Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov Türkiyə səfiri ilə görüşüb

20 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, nazir Kəmaləddin Heydərov səfir Cahit Bağçını səmimi salamlayaraq ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edib. O, xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud səmimi qardaşlıq münasibətləri ölkələrimiz arasındakı əlaqələri keyfiyyətcə daha yüksək səviyyəyə qaldırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Cahit Bağçı Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli qardaşlıq və dostluq münasibətlərinin daha da genişləndirilməsi üçün hər iki ölkə başçılarının gördüyü çoxşaxəli fəaliyyəti qeyd edib. Səfir çətin günlərdə hər zaman bir-birinə qardaşlıq əlini uzadan iki ölkə arasındakı bu münasibətlər çərçivəsində cari ilin iyul-avqust aylarında Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınlarının söndürülməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında göstərilmiş böyük köməkliyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Azərbaycanlı yanğınsöndürən-xilasedicilərə peşəkar və fədakar fəaliyyətlərinə görə minnətdarlığını bildirən səfir, Türkiyənin də hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

Nazir K.Heydərov, öz növbəsində, göstərdiyi diqqətə və minnətdarlığa görə Türkiyə səfiri Cahit Bağçıya təşəkkür edib və qardaş ölkədəki güclü meşə yanğınlarının söndürülməsi üçün zəruri köməkliyin göstərilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə verdiyi tapşırığın uğurla yerinə yetirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edib. O, yanğınsöndürmə əməliyyatlarını müvəffəqiyyətlə yerinə yetirmiş Azərbaycan FHN-in Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması və əməliyyatlarda fərqlənmiş əməkdaşların təltif olunmaları barədə Prezidentin imzaladığı sərəncamları xatırladaraq, ölkə başçısının bu ali diqqət və qayğısının Nazirliyin şəxsi heyətinin daha böyük əzm və səylə fəaliyyət göstərməyə həvəsləndirdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar