Çərşənbə axşamı, 18 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Kəmaləddin Heydərov Astara sakinlərinə 18 villa tikir? 

Şübhəli tenderi qazanan şirkət kimə məxsusdur?..

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti Astara rayonu, Şümrüd kəndinin Rəzoə haym adlanan ərazisində 18 ədəd yeni fərdi yaşayış evlərinin tikintisi üzrə elan olunmuş tenderə yekun vurub.

AzToday.az xəbər verir ki, 1 milyon 996 min 461 manat 9 qəpik məbləğində olan tenderin qalibi “BAKU BUILDING” MMC olub.

14.01.2019 tarixində yaradılan və ilkin kapitalı 10 manat olan şirkətlə bağlı apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Hüseynov Samir Rafiq oğlunun qanuni təmsilçisi olduğu şirkət 01.07.2020 tarixindən başlayaraq indiyə kimi 22-dən çox satınalma müsabiqəsini qazanıb.

Şirkət və qanuni təmsilçisi ilə bağlı acıq mənbələrdə hər hansı bir məlumat olmasa da, böyük məbləğli tenderləri qazanan şirkətin həyata keçirdiyi layihələrdə qiymətlər satınalma müsabiqələrində şəffaflıq prinsiplərinin pozulmasına əsaslı şübhələr yaradır. MMC-nin son qazandığı tenderə görə, Astarada bir evin tikilməsinə
110 min 914 manat 50 qəpik xərclənəcək. İndiki bazar qiymətləri isə bu məbləğə orta ölçülü villanın belə tikilməsinin mümkün olduğunu göstərir. Ümid edirik ki, FHN də elə 18 Astara sakininə fərdi ev yox, villa tikəcək…


pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elçin Babayevin həyat yoldaşı: "Yaxşı və dəyərli həkimlərin reklama ehtiyacı yoxdur!"

Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib - Yenilənib

Banklar niyə dollar satmır? - Əkrəm Həsənovdan şərh

Zakir Qaralov Azərbaycanı birdəfəlik tərk edib? – İddia

Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb - Yenilənib

Nazarbayev: "Hücumların məqsədi Qazaxıstanın bütövlüyünü məhv etmək idi"

İlham Əliyevin ABŞ-a qarşı irəli sürdüyü ittihamların pərdəarxası məqamları....

İlham Əliyev Putinlə Qazaxıstan, Ukrayna və Qarabağı müzakirə edib

Dərslikdə 20 yanvar rəzaləti: Təhsil Nazirliyi hara baxır? - Foto

“Ümid” partiyasının ümidləri Avropa İnsan Haqları Məhkəməsində doğrulmadı?

Müharibə astanasında: Rusiya diplomatlarını təxliyə edir

Ən çox oxunanalar