Çərşənbə, 20 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kəlbəcərin qızıl yataqları hələ işğaldadır - Ermənilər yataqları qaytarmağı böyük fəlakət sayır...

Məlum olduğu kimi, noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya əsasən Ermənistan hərbi birləşmələri işğal etdikləri Kəlbəcər rayonunun ərazisini tərk etməli idilər.

Artıq darmadağın olmuş qoşunun tör-töküntüləri və azərbaycanlıların evlərini zəbt etmiş erməni əhalisi rayonu tərk etsə də, Kəlıbəcər ərazisindən keçən Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasıyla bağlı xeyli iş görülməlidir.

Ermənilər xüsusilə Kəlbəcər ərazisindəki Söyüdlü – Zod qızıl yatağının ərazisi ilə bağlı mübahisəli məqamlar olduğunu iddia edirlər. Halbuki yatağın böyük hissəsi Azərbaycan ərazisinə aiddir və buradakı mədənlər Kəlbəcərin işğalı dönəmində Rusiya sərmayəli “GeoProMining Gold Company” şirkəti tərəfindən istismar olunub.

Şirkətin qanunsuz olaraq yataqlardan götürdüyü gəlirlərin pay sahibləri sırasında Ermənistan siyasi elitasına aid şəxslərin də adları çəkilir. Onu da qeyd edək ki, əslində yatağın 23 filiz damarından cəmi 7-si Ermənistan ərazisinə 16-sı isə Kəlbəcərin ərazisinə düşür. Həmin 7 filiz damarının düşdüyü ərazi də vaxtilə sovet hakimiyyəti tərəfindən Ermənistana pay edilib.

Qarabağda sentyabrın sonunda hərbi əməliyyatlar başlayandan sonra sözügedən şirkətin fəaliyyətini dayandırdığı bildirilirdi. Lakin Ermənistan mətbuatının yazdıqlarından belə məlum olur ki, son günlərədək yataqda iş gedib və Ermənistan bu yataqları könüllü olaraq təhvil vermək fikrində deyil.

Hətta Azərbaycan hərbçilərilə ermənilər arasında həmin ərazidə konflikt yarandığı və Rusiya sülhməramlılarının məsələyə müdaxilə etdiyinə dair məlumatlar yayıldı. Xəbər verilir ki, həmin ərazilərlə bağlı Rusiyanın iştirakı ilə danışıqlar gedir. Lakin artıq Azərbaycan ordusunun sözügedən ərazidə üç post qurduğu da qeyd olunur.

Bununla bağlı ictimaiyyətin qarşısına çıxan Ermənistan Baş Qərargahının rəis müavini, general-leytenant Tiran Xaçatryanı deyib:  "Zod qızıl mədəni ətrafındakı nəzarət-buraxılış məntəqəsi Rusiya “sülhməramlıları” tərəfindən yaradılmışdı, bu onların təşəbbüsü idi. Sonrakı müzakirələrdə nə danışıldı, həmin qapı açıldımı, yoxsa sındırıldımı, bilmirəm. Mənim əldə etdiyim məlumata görə, qapı sındırılmadı, açıldı".

O, daha sonra bildirib: "Bəli, Azərbaycan hərbçiləri bu gün Sokt (Zod) mədəninin ərazisinə gəliblər, lakin onlar sahənin özlərinə aid hissələrində olublar və erməni tərəfinə keçməyiblər...

Azərbaycan hərbçiləri Sotk (Zod) mədəninin ətrafında 3 post qurublar. Postlardan biri qızıl mədəninin tam yaxınlığındadır..

Qızıl mədənində bizim post da var və bu post Azərbaycan tərəfinin hərəkətinə nəzarət edəcək”. 

Ermənistan mətbuatı da yataq ərazisində Azərbaycan hərbçilərinin olduğunu təsdiqləyən materiallar, videogörüntülər yayımlayıb.

Hadisələrin bu cür gedişi Ermənistanın işğaldan bəhrələnən iqtisadi dairələrində də narahatçılığa səbəb olub. Müxtəlif iqtisadçı ekspertlər işğal edilmiş yataqların Ermənistanın əlindən çıxmasının böyük maliyyə itkilərinə səbəb olacağını bildirirlər.

Məsələn, Ermənistanın tanınmış iqtisadçılarından olan Suren Parsyan Paşinyan hökumətini sərt tənqid edərək, işğal etdikləri yatağın ərazisinin Azərbaycana təhvil verilməsinin böyük fəlakət olduğunu bildirib: “Ölkənin dördüncü ən iri vergi ödəyicisinin fəaliyyəti təhlükə altındadır. Bir çox şahidlər Azərbaycan Ordusunun yataq ərazisinə daxil olduğuna dair xəbərdarlıq edirlər. Lakin hakimiyyət həmişəki kimi heç nə etmir və yalnız öz ömrünü uzatmaqla məşğuldur”.

İqtisadçı həyasızcasına bildirib ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu yataqlar Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Çünki “GeoProMining Gold Company” şirkəti Ermənistanda böyük işçi sayı olan ən iri vergi ödəyicilərindən biridir.

Qeyd olunur ki, şirkətdə bağlanana qədər 400-dək erməni işləyib. Onların əmək haqları isə 200 dollardan yuxarıdır ki, bu da Ermənistan standartlarına görə, böyük məbləğdir. Şirkətin büdcəyə ödəmələrinə gəlincə isə bildirilir ki, “GeoProMining Gold Company” cari ilin yanvar-sentyabr aylarında Ermənistan büdcəsinə 34 milyon dollar vergi ödəyib. Bu da çökmüş iqtisadiyyat üçün böyük məbləğ sayılır.

Ancaq burada bir məqam da var ki, sözügedən şirkət heç də şəffaflığı ilə seçilmir və onun Kəlbəcərdəin işğal altındakı yataqlarından əldə etdiyi qanunsuz gəlir rəsmi rəqəmlərdən dəfələrlə çoxdur.

Qeyd edək bu ərazidə ümumilikdə 163 mədən var ki, onlardan 5-i qızıl, 7-si civə, 2-si mis yatağıdır. Buradkı qızıl ehtiyatları 205 ton, gümüş 251 ton, civə isə 1788 ton miqdarınada qiymətləndirilir.

Hələ 2007-ci ildən Ermənistana gələn “GeoProMining Gold Company” şirkəti Azərbaycan tərəfinin çağırışlarına və xəbərdarlıqlarına məhəl qoymadan cari ilin sentyabrına qədər burada fəaliyyət göstərərək, Azərbaycanın təbii sərvətlərini talan edib. İndi həmin milyardlar bu şirkətin əlindən çıxır.

Azərbaycanın əlində isə artıq təbii sərvətlərimizin talanında birbaşa iştirak edən bu şirkətə qarşı real faktlardan istifadə etməklə rəsmi təzminat davası açmaq və onu qazanmaq üçün bütün imkanlar var. Ümid edək ki, hökumətimiz bu hüququndan istifadə edəcək. “GeoProMining Gold Company”-nin Rusiya şirkəti olmasına baxmayaraq...

C.Məmmədov (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənilər yolu bağladı, rus general “Artsax” dedi - Sülhməramlıların yeni “tamaşası” -Video

Prezident döyüşən zabitləri təltif edir, Xanlar Vəliyev isə həbsə göndərir

Məhərəm Əliyev ermənilərə pasport verən şəxsi işdən çıxarmışdı, Ramiz Mehdiyev isə vəzifə verdi

Toylarla bağlı mühüm açıqlama: "Ramazan bayramından sonra.."

Oliqarx məmur Kəmaləddin Heydərovun ailə biznesinə yaxın şirkətlər ləğv edilir

“Mən də insan idim…” – Əli Həsənov günahını yumağa başladı

“Bizə deyirdilər ki, Ramiz Mehdiyevdən başqa kimi istəyirsiniz söyün” - Hafiz Hacıyev

Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın gerçək tərəfləri

Cahangir Əsgərova məxsus şirkətlərin siyahısı

“Yeni Azərbaycan Partiyasının adına utanıram ki, Siyavuş Novruzov kimi üzvü var”

Dollar yanvarın 21-də bu qiymətə satılacaq - Rəsmi

loading...

Ən çox oxunanalar