Cümə axşamı, 21 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Kəlbəcərin işğaldan azad edilməsi Azərbaysanın yeni siyasi qələbəsidir

Amid Əliyev yazır...

Bu gün 25 noyabr 2020-ci il tarixində Azərbaycanın Respublikasının ərazi vahidi olan Kəlbəcər rayonu 30 ilə yaxın davam edən işğaldan sonra azad edilmişdir. Bununla bağlı olaraq ölkə başçısı cənab İlham Əliyev Azərbaycan xalqına təbriklə müraciət etmişdir.

Ölkə başçısı öz çıxışında Kəlbəcərin işğal olunması fakına toxunaraq bildirmişdir ki, 1992-ci ilin may ayında ŞuşaLaçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi ilə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaranmışdır. Hər kəs yaxşı bilir ki, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayətinin” Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvələr məhz bu yolla göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətində də bu, böyük üstünlüklərin əldə edilməsini təmin etmişdir.

Kəlbəcər rayonunun işğal olunması və Ermənistanın I Qarabağ müharibəsində üstünlük əldə etməsindən danışan ölkə başçısı bunu həmin illərdə Azərbaycana rəhbərlik edən səriştəsiz və təcrübəsiz şəxslərin verdiyi siyasi qərarlarla əlaqələndirmişdir. Belə ki, keçən əsrin 90-cı illərində Azərbaycanda baş vermiş hakimiyyət çevrilişi, hakimiyyətin qanusuz yollarla ələ keçirilməsi cəhdləri, ölkədəki siyasi və hakimiyyət dairələri arasında daxili çəkkişmələrin yaranması və bütün bunların fonunda siyasi böhran və xaosun yaranması bizim üçün acınacaqlı nəticələrlə, yəni torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə sonlanmışdır. Lakin bu gün Dağlıq Qarabaş münaqişəsi artıq keçmişdə qalmışdır. Münqişə Azərbaycan Respublikasının tam qələbəsi ilə bitmişdir. 20 noyabrda Ağdam rayonunun və bu gün isə Kəlbəcər rayonunun döyüşlər aparılmadan azad edilməsi Azərbaycanın siyasi və eləcə də diplomatik sahədə əldə etdiyi yeni uğuru və qələbəsidir. Noyabrın 10-da AzərbaycanRusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanatda Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, LaçınAğdam rayonlarını qeyd-şərtsiz tərk etmələləri öz əksini hüquqi cəhətdən tapmışdır. İlkin olaraq Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Bu da Azərbaycanın bu müharibədə humanist mövqeydə olmasını bir daha sübut etdi. Kəlbəcərin azad olunması 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 822 saylı Qətnamənin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi kimi qiymətləndirilməlidir. Bu günlərdə Kəlbəcəri tərk edən ermənilər 1999-cu ildən başlayaraq işğalçı Ermənistan tərəfindən aktiv şəkildə və məqsədli olaraq məskunlaşdırılmışlar. Azərbaycan torpaqlarını tərk edən ermənilər 1993-cü ildə Kəlbəcər rayonunu məcburi olaraq tərk edən azərbaycanlılardan fərqli olaraq, təhlükəsiz şəkildə, atəşə məruz qalmadan və çox rahat şəraitdə bütün əşyaları ilə birgə tərk etmişlər. Lakin buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin və barbarlığının əyani nümunəsi kimi göstərilə bilər. Ermənilər Kəlbəcəri tərk edərkən evləri yandırmış, vandallıq etmiş, meşələrə od vurmuş və suları çirkləndirərək ekoloji fəlakət törətmişlər. Bu gün AğdamKəlbəcər rayonlarını tərk edən ermənilərin törətdikləri cinayətlər Azərbaycanla Ermənistan arasında olan fərqi anlamaq üçün olduqca vacib olan bir məqamdır. Bütün bunlara baxmayaraq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarılmışdır. Azərbaycan ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil olmuşdur. Bu, müasir Azərbaycanın siyasi, hüquqi və hərb tarixinə qızıl hərflərlə həkk olunacaqdır.

Prezident İlham Əliyev Kəlbəcər rayonunun Azərbaycan üçün vacibliyi və əhəmiyyəti haqqında olan məqamları qeyd edərək bildirmişdir ki, Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Kəlbəcər rayonunun iqtisadi əhəmiyyətindən danışan ölkə başçısı burada olan tarixi abidələrin də olduqca vacib tarixi əhəmiyyətə malik olmasını vurğulamışdır. Kəlbəcər tarixi abidələrinə və qayaüstü rəsmlərinə görə həm də “Azərbaycanın ikinci Qobustanı” adlandırılır. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - “əkiz”ləridir. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu bir daha sübut edir. Kəlbəcərdə dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır ki, onlar da Gəncəsər və Xudavəng monastrlarıdır. Bütün bu qeyd oluanlar bir daha onu göstərir ki, Kəlbəcər Azərbaycan üçün həm tarixi, mədəni və strateji cəhətdən olduqca önəmlidir.

Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində daha bir qələbəmizi və zəfərimizi qeyd edirik. 1 dekabr tarixində isə biz hamımız Azərbaycanın suverenlyinin tam şəkildə bərpa olunmasını və bütöv Azərbaycanın yenidən yaranmasını bayram edəcəyik.

Amid Əliyev, AzərbaycanRespublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Əgər belə olsa, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik”

Ordumuzun Qars təliminə İrəvanın “cavabı”..

Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...

Cahangir Əsgərovun qızı İngiltərədə daha bir şirkəti açdı – Fotofakt, Video

Paşinyanın nümayəndələrinin Xankəndiyə yenidən səfərlərinin əsas məqsədi...

Əsgər yoldaşlarını öldürən Ramil 24 il 6 ay həbs cəzası aldı

Kamran Əliyev Nəcməddin Sadıqovun adamını vəzifədən qovacaq - Biznesmen imiş

“Qorbaçova dedim ki, bunun öhdəsindən gələ bilmərəm...” - Vəzirov

Qarabağda 12 320 erməni hərbçisi öldürülüb - Yerevan açıqladı

Ən çox oxunanalar