Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcərdə yol qəzasında həlak olan hərbçilərdən birinə şəhid statusu verilib

Bu il avqustun 13-də Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı həlak olan Azərbaycan ordusunun hərbi qulluqçusuna şəhid statusu verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətindən (SHXÇDX) APA-nın sorğusuna cavab olaraq deyilib ki, SHXÇDX Yevlax rayon şöbəsinə aidiyyəti hərbi hissədən daxil olan 25.09.2021-ci il tarixli 3099 nömrəli məktubda, çavuş Cəfərov Anar Müstəqim oğlunun 13.08.2021-ci il tarixdə Kəlbəcər rayonu, Yanşaq yaşayış məntəqəsində yerləşən bölmənin döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı xidməti vəzifələrini icra edərkən yük avtomobilinin dərəyə aşması ilə nəticələnən avtomobil qəzasında “kəllə tağının sınığı, kəllə əsas sınığı, baş beynin diffuz travması”ndan hadisə yerində həlak olması bildirilib.

“Qeyd olunanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinin tələblərini nəzərə alaraq, mərhum Cəfərov Anar Müstəqim oğlu şəhid, onun ailəsi isə şəhid ailəsi hesab edilir”, - deyə bildirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qəza zamanı həlak olan çavuş Cəfərov Anar Müstəqim oğlunun ailəsinə şəhid vəsiqəsi təqdim olunub: “Hazırda ailəyə digər təminatlar verilməsi həyata keçirilir”.

Qeyd olunub ki, qəza zamanı həyatını itirən leytenant Həsənli Eldar Müşfiq oğlu isə hazırda rəsmi şəhid statusu almayıb. Sözügedən hərbçimiz şəhidlik statusu aldıqdan sonra ailəsinə vəsiqə və digər təminatların verilməsi təmin olunacaq.

Xatırladaq ki, bu ilin avqust ayının 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar