Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcər tam, Ağdərə isə qismən mühasirəyə alınıb - Ekspert

Hərbi ekspert Basarkeçər-Ağdərə avtomobil yolunun nəzarətə götürülməsini şərh etdi...

Basarkeçər-Ağdərə avtomobil yolunun vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülməsi Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan KəlbəcərAğdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

PİA.az xəbər verir ki, bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi və işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Basarkeçər-Ağdərə avtomobil yolunun nəzarətinə götürməsini şərh edərkən deyib.

O bildirib ki, işğaldan azad olunan Murovdağ zirvəsinin strateji əhəmiyyəti çox böyükdür:

Ermənistan ərazisindən Dağlıq Qarabağa iki əsas yol var. Bunlardan birincisi Laçın dəhlizidir. Düşmən Şuşa və Xankəndi ərazisinə silahları və hərbi yardımları bu yolla daşıyır.

Amma ən əsas və ən qısa yol M-11 magistralıdır. M-11 yolu İrəvandan başlayaraq, Basarkeçər ərazisinə qədər davam edir, ordan da Kəlbəcərə bağlanır. Kəlbəcər rayonunun ErmənistanDağlıq Qarabağ ilə tək bağlantısı bu yoldan ibarətdir.

Ordumuz bu yola nəzarəti ələ keçirməklə həm Kəlbəcəri blokadaya salmış, həm Xankəndiyə gedən yardımların önünü kəsmiş, həm də Ağdərə rayonuna gedən hərbi yardımların qarşısını qismən almış olur.

M-11 yolunun və Murovdağ zirvəsinin işğaldan azad edilməsi faktiki olaraq ordumuzun Kəlbəcəri tamamilə, Ağdərənin isə qismən blokadaya alması deməkdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar