Cümə, 17 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Kəlbəcər istiqamətində erməni snayperin atəşi nəticəsində gizirimiz şəhid olub

Müdafiə Nazirliyi bildirir ki, qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub...

"İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir".

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir!

Nazirliyin yaydığı bəyanatda qeyd edilir ki, Ermənistan tərəfi bu kimi təxribatlar yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür.

"Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ramin Bayramlı ilə bağlı şok faktlar:  Dövlətdən nələr oğurlayıb? - Araşdırma

Samir Şərifov "fövqəlnazir" olmaq istədi, iqtisadiyyatı "tank əleyhinə mina"ya saldı və...

15 yaşlı qıza dərman verib cinsi əlaqədə oldu - Məhkəmədə evlənəcəyini dedi

Ermənistan Gorus-Qafan yolunu İran TIR-ları üçün bağladı: Hərəkət iflic olub

İranın Qarabağla bağlı PLANI üzə çıxdı: Sən demə işğal vaxtı…

“İmkan versinlər, Aİ-95 gətirim, 1 manat 25 qəpiyə satım...” - İqtisadçı

Hərbi xidmətdə olmayan şəxs dövlət qulluğunda necə çalışır?

Benzinin qiyməti qalxır... - Hökumət qiymətin artırılmasına niyə ehtiyac duyur?

Səhər saatlarında nazir Muxtar Babayevə görə hər gün Bakı-Sumqayıt yolunu bağlayırlar?! – Videofakt

İran səfiri Hikmət Hacıyevdən nə istəyib? - "Tehran Qarabağa yük daşımayacağını vəd edib, ancaq..."

Hafiz Hacıyev: “Bu qədər bahalaşma ilə hara gedirik?”

Ən çox oxunanalar