Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş vəkili Trampın Rusiya ilə qaranlıq əlaqələrindən bəhs edib

ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koen bu yaxınlarda dərc edəcəyi yeni kitabının önsözünü yayımlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, ABŞ prezidentinin 2016-cı ildə Rusiya ilə qaranlıq əlaqələrindən bəhs edəcəyini bildirib.
“Tramp Rusiya ilə rəqiblərinin şişirtdiyi qədər iyrənc metodlarla əlbir olmayıb. Lakin keçmiş prokuror Müllerin araşdırması da prezidentin iddia etdiyi kimi “ifritə ovu” sayılmır. Donald Tramp sadəcə Rusiyanın da yardımı ilə seçkilərdə bir sıra fırıldaqlara yol verdi”,-deyə o yazıb.

Maykl Koenin fikrincə, Birləşmiş Ştatların dövlət başçısı qələbə naminə hər şeyə getməyə hazır olub.

Qeyd etmək lazımdır, kitab özü “Satqın: prezident Donald Trampın keçmiş vəkili Maykl Koenin gerçək hekayəsi” adlanır və bu ilin sentyabr ayının 8-də satışa çıxması gözlənilir.

Maykl Koen vaxtilə Donald Trampın ən sadiq adamı olub və onun ən məxfi göstərişlərini icra edib. Lakin onların arasında münasibətlər 2018-ci ilin aprelində FTB əməkdaşlarının Nyu-Yorkda Mayk Koenin ofisində keçirdiyi axtarış tədbirlərindən sonra korlanıb. Burada keçmiş hüquqşünasın əleyhinə bəzi mühüm faktlar toplanıb.

İstintaq altında Maykl Koen prokurorluqla əməkdaşlığa gedərək Trampın əleyhinə ifadə verib. Bunun nəticəsində 2018-ci ilin dekabrında o, bank sahəsində maxinasiyalar, vergidən yayınma, seçki kampaniyasını maliyyələşdirmək kimi qaydaları pozması ilə bağlı ağır ittihamlara rəğmən cəmi 3 il həbs həyatı ilə canını qurtara bilib.

pia.az


Etiket: Donald Tram


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar