Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş rəqiblər bir-birini “qıdıqlayır”

İranda korrupsiya ilə mübarizə hakim elitaları üz-üzə qoyub...

“Əl-Monitor”, 11.11.2019

Mühafizəkar din xadimi İbrahim Rəisi 2017-ci ildəki prezident seçkilərində Həsən Ruhaniyə uduzduqda, bir çox İran müşahidəçisi onun İranın şərqindəki Astan-e Qüds Rəzəvinin qəyyumu vəzifəsinə qayıdacağına inanırdı. Bu vəzifəyə Rəisi seçkidən bir il əvvəl Ali Lider Ayətullah Əli Xamnəi tərəfindən təyin olunmuşdu. Ancaq sonradan məlum oldu ki, Rəisi əvvəlki qəyyum kimi sakit inzibatçı həyatı sürməkdə maraqlı deyil.

Astan-e Qüds Rəzəvidə icra etdiyi işləri göstərmək üçün Məşhəd şəhərinin kənarındakı kiçik kəndlərə gedən İbrahim Rəisi, sıx iş rejimində onu izləyən media komandası vasitəsi ilə, özünü hələ də təşviqat kampaniyasındakı kimi aparırdı.

2019-cu ilin mart ayında Xamnəi Rəisinin İran məhkəmə sisteminin rəhbəri vəzifəsinə təyin etdiyi zaman, o, korrupsiyanın kökünü kəsmək üçün Ali Liderin açıq dəstəyi ilə, vəzifəsinin icrasına başlayıb. Lap seçki kampaniyasındakı kimi canfəşanlıqla.

Korrupsiya iranlılar və İran rəsmiləri üçün böyük narahatlıq doğursa da, Rəisinin korrupsiyaya qarşı mübarizəsi İslam Respublikasındakı digər qruplar və cərəyanları, xüsusən də prezident seçkilərindəki keçmiş rəqibini qəzəbləndirib.

Noyabrın 11-də Yəzd şəhərində çıxışı zamanı Ruhani məhkəmə orqanlarına müraciət edib: “İndi milyonlarla və milyardlarla tümən pulun mənimsənilməsi ilə əlaqəli korrupsiya işlərini izah edin”.

Ölkənin nüvə proqramına görə beynəlxalq sanksiyalar altında olduğu dövrdə İran neftini satmış Babək Zəncaninin işinə toxunan Ruhani deyib: “Bir neçə il sonra əvvəl bir oğruya ölüm hökmü çıxarılıb. O, xəzinədən 2.8 milyard dollar oğurlayıb, amma bu pulun hara xərcləndiyi və bu işdə başqa kimin rolu olduğu aydın deyil”.

Zəncani – həbsindən əvvəl sərvətlərini sosial mediada açıq göstərən milyarder – pulun harada olduğunu açıqlamaqdan imtina edib, ehtimal ki, o, etirafından sonra edam olunacağından qorxur.

Ruhani çıxışında müəyyən həssas iqtisadi məlumatları da açıqlayıb. O, bəzi qurumların 964 milyon dollar qazandığını, digər qurumların isə 700 milyon dollar borc içində olduğunu bildirib.

İran prezidenti əlavə edib: “Bir neçə nəfəri korrupsiya ilə əlaqədar məhkəməyə aparmaqla xalqı aldatmayın, xəzinədən oğurlanmış böyük miqdarda pulun aqibəti bilinməlidir”.

Məhkəmə sisteminin partizan təbiətinə birbaşa hücumda Ruhani deyib: “Hakimlər və prokurorlar qorxmamalı və müəyyən fraksiyalardan çəkinməməlidirlər. Əks təqdirdə, bu korrupsiya hallarını vilayətdən vilayətə elan edəcəyəm”.

Rəisi ertəsi gün Ruhaninin ittihamlarına cavab verərək bildirib: “Məhkəmə sistemi prosesi davam etdirməyə qərarlıdır və heç nə fikrimizi yayındırmayacaq”.

O əlavə edib: “Biz insanları da tanıdırıq”.

Rəisi Ali Dini Lider Xamnəinin məhkəmə hakimiyyətinə dəstəyini xatırladıb. “Bu gün şəhidlərin qanı naminə və Ali Liderin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə bayrağı qaldırılıb və bu, hər kəsə və bütün qruplara aid bir mövzudur”.

Xatırladaq ki, oktyabr ayında Ruhaninin qardaşı Hüseyn Firidun beş il həbs cəzası alaraq Evin həbsxanasına göndərilib.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: İran korrupsiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar