Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş nazirin şirkəti qaz borcunu ödəmir – 200 minlik borc qalmaqalı

Keçmiş nazir Səlim Müslümova məxsus olduğu bildirilən “Formes Group. Az” MMC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında borc qalmaqalı davam edir.

Qaynarinfo xəbər verir ki, nazirin şirkəti dövlət qurumuna olan borcunu ödəmək istəmir.

“Formes.Group.Az” MMC 2016-cı ildən istixana kimi fəaliyyət göstərir. 2020-ci ilə qədər olan dövr üçün istixananın “Azəriqaz”a 217 min manat borcu yaranıb. Lakin nazirə məxsus istixana müxtəlif bəhanələrlə ödənişdən yayınıb.

Azəriqaz” İstehsalat Birliyi, fəaliyyətə başlayanda “Aqrotexsevis” MMC, daha sonra isə, naməlum səbəbdən türk iş adamına verilərək adı “Formes.Group. Az” MMC kimi dəyişdirilən istixananı məhkəməyə verərək qətnamə çıxarılmasına nail olsa da, bu günə qədər Şəki İnzibati İqtisad Məhkəməsinin qətnaməsi icra olunmadan qalıb.

 
Azəriqaz” yenidən məhkəməyə müraciət etməli olub. Bu iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə baxılacaq.

Səlim Müslümov 2013-2018-ci illərdə Əmək və əhalinin sosial müdafiəsi naziri olub. O, 2021-ci ilin fevralında korrupsiya ittihamı ilə həbs edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar