Cümə, 20 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Keçmiş icra başçısı nədə ittiham olunur? – Detallar açıqlandı

Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarovun məhkəmə prosesi qalqamallı keçə bilər

Buna səbəb Ramiz Yediyarovun qanunsuz əməlləri ilə üzləşən sahibkarların zərərçəkən kimi tanınmalarına çalışmalarıdır.

Məlumat üçün deyək ki, Ramiz Yediyarov Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham edilir. Artıq istintaq yekunlaşıb və iş baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib. Cinayət işində Gədəbəy Rayon İcra Hakimiyyəti də zərərçəkən qismində tanınıb.

Məlumatda bildirilir ki, cinayət işində əsasən qanunsuz tikililər və pay torpaqların əhaliyə satılması araşdırılıb. Ramiz Yediyarovun dəfələrlər ictimailəşdirilən digər qanunsuz əməlləri isə araşdrımadan kənarda qalıb.

Bununla belə, həmin qanunsuzluqların qurbanı olan vətəndaşlar zərərçəkən kimi tanınmalarını və sabiq icra başçısının fəaliyyəti ilə geniş araşdırma aparılmasını istəyirlər.

Məsələn, Ramiz Yediyarov rayon sakinləri Oktay Qara oğlu Əliyevin, Oktay İbrahim oğlu Əliyevin, Əli Bahadur oğlu Abdullayevin və s. şəxslərin obyektlərini məhkəmə qərarı olmadan dağıtdırıb, Fəxrəddin Fərəməz oğlu Bağırovun obyektinin giriş qapısını bağlatdıraraq sahibkarlıq fəaliyyətini dayandırıb.

Vaqif Qara oğlu Səfərovun əmlakını zorla əlindən alıb. Bu şəxslərin hər biri bu gün də şikayətçi olduğu halda zərərçəkən kimi tanınmayıblar.

Bəzi iddialara görə, hələ istintaq dövründə bu məsələ gündəmə gəlib. Lakin bəzi zərəçəkənləri müstəntiqlərdən əvvəl keçmiş başçının yaxın adamı, Gədəbəy YAP-ın sədri Rüstəm Nağıyev çağırır, dindirir, sonra onu yaxın kafelərdə qərargah qurmuş Ramiz Yediyarovun yanına aparır, orada həmin zərərçəkəni tam zərərsizləşdirıb müstəntiqlərın yanına göndəriblər.(yeni sabah)

pia.az

Etiket:

loading...