Energetika Nazirliyində yeni təyinatı olub...
"Report" xəbər verir ki, Vüsal Rəcəbli nazirin müşaviri təyin edilib.
Energetika nazirinin digər müşaviri, həm də nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyev "Report"a açıqlamasında xəbəri təsdiq edib.
V.Rəcəbli keçmiş deputat Hadı Rəcəblinin oğludur. O, bundan əvvəl BEGOC-un Nəqliyyat departamentinin dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri olub.
pia.az