Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kataloniyada yeni etirazlar

Oktyabrın 18-də günortadan sonra Barselonada “Azadlıq uğrunda yürüş” keçirilib. Tədbirdə bütün Kataloniyanı təmsil edən 525.000 adam iştirak edib...

Ümumi nümayişdən az sonra radikal qruplaşmalar asayişi mühafizə qüvvələrinə qarşı yenidən təhrikçi hərəkətlər ediblər. İspaniyanın hüquq-mühafizə orqanları iğtişaş törədənləri Barselonanın mərkəzindəki Via Layetana küçəsində yerləşən polis idarəsi binasından uzaqlaşdırmağa çalışıblar. Metronun “Urquinaona” stansiyası toqquşmaların lap mərkəzində olduğu üçün onu müvəqqəti bağlayıblar.

Separatçı qruplaşmalar və təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində 180 nəfər həbs edilib, 152 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Nümayişçilər milli polis qərargahını mühasirəyə alıb, polislərin üzərinə daş və yanan əşyalar atıb, barrikadalar düzəldib, konteynerləri yandırıblar. Buna cavab olaraq polis nümayişçilərə qarşı rezin güllələr, gözyaşardıcı qaz və su şırnağı tətbiq edib. Azı üç nəfər polis işçisi yaralanıb.

Hazırda Barselonanın kommunal xidmətləri gecə vaxtı şəhərin mərkəzində törədilmiş talanların nəticələrini aradan qaldırmağa çalışırlar. Polis xüsusi texnikanın maneəsiz hərəkətini təmin etmək üçün Kataloniya meydanı yaxınlığında bir neçə küçədə hərəkəti bağlayıb.(AzərTAc)

pia.az


Etiket: Katoloniya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar