Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kaspersky Lab” Azərbaycanda ən populyar sosial şəbəkələri müəyyənləşdirib

“Kaspersky Lab” şirkəti Azərbaycanın iternet istifadəçiləri arasında hansı sosial şəbəkələrin populyar olduğunu və istifadəçilərin hesabların sındırılması ilə nə qədər rastlaşdığını müəyyən edib

Şirkət tərəfindən 2018-ci ildə keçirilən araşdırmanın nəticələrinə görə, Azərbaycanda internet istifadəçilərinin 97%-i müntəzəm olaraq “YouTube”a daxil olur. İstifadəçilər arasında daha sonra populyarlığına görə “Instagram” (84%), “Facebook” (81%), “Mail.ru” (52%), “Google+” (48%), “Vkontakte” (24%), “LinkedIn” (20%), “Twitter” (19%) və “Odnoklassniki.ru” (14%) şəbəkələri yer alıb.

Messencer xidmətlərinə gəldikdə isə Azərbaycan istifadəçiləri arasında daha çox “WhatsApp” (97%) populyardı. Daha sonra “Facebook Messenger” (73%), “Skype” (53%), “Agent Mail.ru” (25%), “Viber” (20%), “Twitter” (19%), “Vkontakte” (19%) və “Telegram” (16%) gəlir. Maraqlısı odur ki, sorğu istifadəçilərinin 74%-i yazışma üçün ənənəvi olaraq SMS-i seçir.

Təəccüblü deyil ki, internetdə bu cür fəallıq nəticəsində bəzi istifadəçilər kibertəhdidlərdən əziyyət çəkir. “Kaspersky Lab” müəyyən edib ki, təxminən hər onuncu istifadəçi hesabların sındırlması ilə qarşılaşıb. Bununla belə, əksər hallarda (78%) cinayətkarlar hesabları sosial şəbəkələrdə sındırıb.
“İndiki dövrdə kibertəhdidlərin müxtəlifliyini saymaq mümkün deyil.

Cinayətkarlar hücumlar üçün müxtəlif alətlər yaradır, onlardan istifadə edir, funksionallığını daim dəyişir və genişləndirirlər ki, bu da onlara istifadəçilərin məxfi məlumatlarını daha tez əldə etməyə imkan verir. Kibercinayətkarların zərərli proqramlarından və fırıldaqçı tələlərindən həm sıravi istifadəçilər, həm də böyük şirkətlər ziyan çəkir. Məhz buna görə bu gün məlumatların və qurğuların qorunması həm zəruridir, həm də rəqəmsal aləmdə yaşamağın baza qaydasıdır”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Araşdırma onu da göstərib ki, sorğuda iştirak edənlərin 42%-i kibertəhlükəsizlik haqqında yalnız ümumi, 32%-i isə məhdud biliyə malikdir, halbuki respondetlərin 16%-i kibertəhdidlərdən qorunmaq üçün kifayət qədər məlumatlıdır.

Tədqiqat “Kaspersky Lab”ın sifarişi ilə 2018-ci ilin oktyabr ayında ERA şirkəti tərəfindən keçirilib. Fərdi müsahibələr çərçivəsində Azərbaycanda yaşı 18-dən 65-dək olan 300 aktiv internet istifadəçisi sorğuda iştirak edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar