Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kaşıkçının ölümqabağı son sözləri yayıldı

CNN İstanbulda qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Kaşıkçının son sözlərini ictimailəşdirib

Telekanal bu barədə özəl mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, jurnalistin son sözləri “Nəfəs ala bilmirəm” olub.

Qeyd olunur ki, telekanalın müsahibi jurnalist üzərində işgəncələrin audioyazısını dinləyib. Mübarizə və bədənin hissələrə doğranması zamanı çıxan səsləri “öldürmək” üçün yazıya musiqi əlavə edilib.

Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Konsulluğuna gəldikdən sonra qətlə yetirilib. O, türkiyəli vətəndaşla nikah bağlamaq üçün boşandığını təsdiq edən sənəd (subaylıq haqqında arayış) almaq məqsədilə diplomatik nümayəndəliyə üz tutub. Nişanlısı onu konsulluq binası yaxınlığında gözləyib.

Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalistin qətlə yetirilməsini yalnız 19 gündən sonra təsdiq edib. Habelə qətlin qəsdən törədilmədiyi açıqlanıb. Noyabrın 15-də krallığın prokurorluğu qətldə şübhəli bilinən beş şəxsin edam edilməsini tələb edib.

Türkiyə hüquq-mühafizə orqanları isə jurnalistin ölümündə ümumilikdə 18 nəfəri şübhəli bilir və onların ölkəyə ekstradisiya olunmasını tələb edir. Yerli hakimiyyət qətlin qəsdən, xüsusi amansızlıqla törədildiyini iddia edir. Son istintaq versiyasına görə, jurnalistə işgəncələr verilib, bədəni hissələrə doğranıb və diplomatik toxunulmazlıqdan sui-istifadə olunaraq çantalarda ölkədən çıxarılıb. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar