Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karlovun qətli ilə bağlı məhkəmə başa çatdı: FETÖ-nun iştirakı sübut olundu

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlində Fətullah Gülənin terror təşkilatı (FETÖ) iştirak edib.

“Anadolu” Agentliyinin məlumatına görə, bu barədə qalmaqallı məhkəmə işinin hökmünün tam mətnində deyilir.

FETÖ təriqətinin rəhbəri Fətullah Gülən də daxil olmaqla ümumilikdə 28 nəfər cinayət işinə cəlb olunub.

“Sui-qəsd təşəbbüskarının hədəflərindən biri də Türkiyə-Rusiya əlaqələrini zədələmək idi. Ancaq əsas fikir Türkiyədə konstitusiya quruluşunun güc yolu ilə dəyişdirilməsinə şərait yaratmaq idi”, - deyə hökmdə deyilir.

Prokurorluğun verdiyi məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) işçiləri arasından Gülənin terrorçu təriqətinin üzvü – “Vedat” kimi tanınan Vehbi Kürşad Akalın Rusiyanın Ankaradakı səfirliyinin fəaliyyəti barədə məlumatı Fətullah Gülənin Hüseyn Kotuje adlı yaxın adamları arasından bir “kuratora” çatdırıb.

“Məhz bu yolla, Gülən və terrorçuları Karlovun mühafizəçilərinin xidmətindən istifadə etmədiyini öyrəniblər. Terrorçuların lideri rus diplomatı üçün sui-qəsd təşkil etmək qərarına gəlib və köməkçilərinə müvafiq təlimat verib. Birbaşa icraçı da terrorçu Mövlut Mert Altınbaş olub”, - deyə mətndə bildirilir.

Altınbaşın kuratoru Şahin Söyüt 9 dekabr 2016-cı il tarixdə ona Rusiyanın səfirini vurmağı əmr edib.

Cinayət 19 dekabr 2016-cı ildə Ankaradakı Müasir İncəsənət Mərkəzində Rusiyaya həsr olunmuş foto sərgisinin açılışında baş verib. Terrorçu hadisə yerində zərərsizləşdirilib.

Karlovun işi üzrə hökm 2021-ci il 9 mart tarixində elan edilib.

Təqsirləndirilən şəxslərdən üçü ümumi rejimli həbsxanada, ikisi ağır rejimli həbsxanada ömürlük həbs cəzasına məhkum edilib. Yeddi müttəhim 7,5-10,5 il müddətinə azadlıqdan məhrum edilib. Digər bir müttəhim, FETÖ-ya kömək etdiyi üçün 3 il 9 ay müddətinə məhkum olunub.

Məhkəmə qərarı ilə müttəhimlərdən altısı sərbəst buraxılıb.

Fətullah Gülən daxil olmaqla doqquz müttəhimin işlərinə ayrı baxılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar