Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kardioloq-aritmoloq: Yağlı və duzlu qidalar müxtəlif aritmiyalara səbəb ola bilər

Aritmiya ürək xəstəlikləri arasında geniş yayılıb, ürək ritminin tezliyinin pozulması ilə xarakterizə edilir. Bir sıra hallarda isə aritmiyaya digər xəstəliklərin simptomu kimi rast gəlinir. Aritmiya, adətən, ürək döyüntülərini idarə edən impulsların işinin pozulması nəticəsində baş verir. Əslində ürək ritmi - onun necə, hansı tezlikdə döyünməsi insanın özü tərəfindən hiss edilməməlidir. Nəzərə almaq lazımdır ki, digər orqanların da, misal üçün böyrək, qaraciyər və s. necə işlədiyi hiss olunmur. Yəni, əgər ürəyin işləmə tərzi, xüsusi döyüntüləri daimi olaraq hiss edilirsə, deməli həmin şəxs aritmiya xəstəsidir. Əlbəttə ki, burada xüsusi anlarda baş verən dəyişikliklər nəzərə alınmır. Misal üçün, həyəcanlandıqda və yaxud da digər emosional vəziyyətlərdə ürək döyüntülərinin hiss edilməsi və ya yatanda nəbzin zəifləməsi normaldır. Yəni, ürək nəbzindəki hər dəyişiklik aritmiya hesab edilmir. Onu da qeyd etmək lazımdır ki, aritmiya nəbzin təkcə sürətlənməsi deyil, həm də zəifləməsidir.

Milli.Az bildirir ki, bu barədə kardioloq-aritmoloq Günay Rəhimova məlumat verib.

Həkim-mütəxəssis qeyd edib ki, ürək dəqiqədə 75-85 dəfə döyünə bilər, lakin bu göstərici yaşa görə fərqlənir: "Uşaqlarda ürək döyüntüləri daha sürətli olur. Bunun səbəbi azyaşlılarda metabolizmin sürətli getməsidir. Uşaqların döş qəfəsinin ön hissəsində onların ürək çırpıntılarının tempini hiss etmək olur. Yaşlılarda isə, əksinə - nəbz yavaşlayır. Bir sıra hallarda ürəyin sürətli döyünməsi adrenalin, ümumiyyətlə hormon dəyişikliyi ilə əlaqəli olur. Həyəcan və digər emosional hisslər zamanı yaranan aritmiya uzun müddət davam edə bilməz. Ona görə də belə narahatlıqlar müvəqqətidir və zamanla düzəlir.

Aritmiyanın simptomları fərqlidir. Bəzi xəstələr qeyd edirlər ki, ürəyim tez-tez vurur, sonra dayanır, bəziləri isə nəbzinin vurmadığını hiss etdiyini deyir. Bir qrup xəstə isə aritmiyanı təngnəfəslik hesab edir və yaxud da uzananda boğulma hiss etdiklərini deyir. Yəni, aritmiya ilə bağlı şikayətlər çox fərqlidir. Hətta bəzi hallarda aritmiya döş qəfəsindəki ağrılarla müşayiət edilir. Ürək döyüntüləri, həmçinin bir sıra digər xəstəliklərlə əlaqədar da arta bilər. Misal üçün, zob xəstəliyi, anemiya, mədə-bağırsaq sistemində müşahidə edilən dəyişikliklər, ifrat köklük, infarkt və digər xəstəliklər ürək ritminin artmasına və ya aritmiyaya səbəb ola bilər".

G.Rəhimova, həmçinin qidalanma və idmanın ürək xəstəliklərinə təsirindən danışıb. Qeyd edib ki, ifrat dərəcədə çox yemək, o cümlədən yağlı və duzlu qidalar müxtəlif aritmiyalara səbəb ola bilər: "Ona görə də ürək xəstəliklərindən əziyyət çəkənlər sağlam qidalanmağa üstünlük verməlidirlər. Həmçinin müxtəlif idman hərəkətləri də ürəyə xeyirdir. Amma birdən-birə saatlarla idmanla məşğul olmaq ürək döyüntülərini kəskin artıra bilər. İdman hərəkətlərinin sayını və müddətini yavaş-yavaş artırmaq lazımdır. Valideynlər də bu məsələdə xüsusilə diqqətli olmalıdırlar. Uşaqlarını idmanla məşğul olmağa göndərməzdən əvvəl onları müayinədən keçirməldirlər, çünki bir sıra xəstəliklərlərdən əziyyət çəkən uşaqlar idmanla məşğul ola bilməz. Misal üçün, ürəyində dəliyi olan və yaxud da ürək divarları qalın olan uşaqlara idmanla məşğul olmaq tövsiyə edilmir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar