Çərşənbə axşamı, 11 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Karantini pozan daha bir koronavirus xəstəsi aşkarlandı  

Qubada karantini pozan koronavirus xəstəsi aşkarlanıb... 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Quba rayonu Qam-qam kənd sakini Mətləb Neymətullayev COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət rayon ərazisində yerləşən xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib.

M.Neymətullayev evə buraxılan zaman ona karantin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və qonşusu olan bir şəxslə mübahisə edərək dalaşmışdır. Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və kənd sakinlərinin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Neymətullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınmış, yaşadığı ünvana qaytarılması təmin edilmiş və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilmişdir.

M.Neymətullayevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar davam etdirilir.

pia.az 


Etiket: Karantin


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AZAL-ın vitse-prezidentinin oğlunun Britaniyadakı şirkətləri üzə çıxdı - Siyahı, Fotolar

İsmayıl Hüseynovun səlahiyyətləri alındı - DGK-da baş verənlərin təfərrüatı

Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı

“Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – Foto

Ötən ay vəzifədən azad olunan general vəfat etdi

Səfər Mehdiyevin baldızı oğlu Rəfail Niftəliyevin müdhiş gəlirləri...

Konstitusiya Məhkəməsi əmanətlərlə bağlı qərar verdi

“Uşaqpulu verilməlidir” – Deputatdan Mirşahinə cavab

Aynişanla Kənan boşanır? - Bir-birlərini təqibdən çıxardılar

loading...

Ən çox oxunanalar