Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantindən sonra iqtidar-müxalifət görüşləri gözlənilir

Partiya sədrləri başlanan prosesin dayanmayacağını düşünürlər

Koronavirus təhlükəsi və xüsusi karantin rejimi Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə siyasi partiyaların sədrləri arasında görüşlərin davamlı olmasının qarşısını alıb.

Lakin müxalif partiya sədrlərinin açıqlamalarından belə məlum oldu ki, prosesin birdəfəlik dayandığını söyləmək düzgün olmazdı. Karantin rejimi ləğv edildikdən sonra təmaslar, danışıqlar yenidən davam edəcək.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bu barədə açıqlamasında bildirdi ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən hazırda növbəti görüşlə bağlı dəvət olmasa da, mövcud karantin rejimi başa çatdıqdan sonra belə görüşlərin davamlı olacağı gözlənilir.

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Prezident Administrasiyasından hələlik növbəti görüş və ya dialoq barədə heç bir dəvət yoxdur: “Doğrudur, Novruz bayramı ilə əlaqədar həm prezidentin adından, həm də Ədalət Vəliyevin özündən bayram təbriki olub. Bunu pozitiv jest və kontakt hesab etmək mümkündür. Ancaq koronavirus pandemiyasından az öncə başlamış siyasi dialoq hələlik elə məhz bu problemlə bağlı müvəqqəti dayandırılıb. Ancaq bizə bildirilib ki, pandemiya təhlükəsi aradan qalxan kimi və vəziyyət normallaşan kimi proses davam etdiriləcək. BizAĞ Partiya olaraq, bu prosesin davam etdirilməsində maraqlayıq və belə bir prosesin dövlət və xalq maraqları üçün faydalı olduğunu düşünürük. İqtidar-müxalifət dialoqlarında müzakirə olunacaq kifayət qədər çox və önəmli məsələlər var. Ümid edirəm ki, dövlət və xalqın birlikdə əlaqəli şəkildə fəaliyyəti nəticəsində bu bəladan xilas olacağıq. Bundan sonra bütün proseslər öz qaydasında davam edəcək”.

AXP sədri Pənah Hüseyn isə bildirdi ki, başlanan prosesə koronavirusla bağlı qoyulan yasaqlar istər-istəməz öz təsirini göstərib: “Siyasi partiyalar da fəaliyyətlərində müəyyən məhdudiyyətlər qoyublar. Karantin dövründən sonra iqtidar təmsilçisi ilə siyasi partiyaların sədrlərinin görüşünün olması məsələsi daha çox hakimiyyət tərəfindən asılıdır”.

ADP sədri Sərdar Cəlaloğlu isə dedi ki, başlanmış dialoq prosesinin birdəfəlik dayandığını da söyləmək düzgün olmazdı: “Bizə hələ gündəmdə görüş planının olduğu barədə heç bir məlumat verilməyib. Hesab edirəm ki, xalqın sağlamlığı, ölkə üçün taleyüklü məsələlərin önə çıxması halında siyasi qüvvələr arasında görüşlər, siyasi fəaliyyət kimi məsələlər arxa plana keçməlidir. Təkcə Azərbaycanda deyil, əksər dünya ölkələrində də belədir-digər bütün siyasi, ictimai tədbirlər dayandırılıb, hətta konfliktlər, ən müqəddəs dini ayinlərin icrası belə dayandırılıb. Bir müddət öncə başlanan prosesin dayandığını düşünmürəm. Hər halda karantin rejimi aradan qalxdıqdan sonra görüşlər keçiriləcək”.“(Yeni Müsavat”)

pia.az 


Etiket: Müxalifət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar