Cümə axşamı, 01 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Karantin yenidən sərtləşdirilə bilər? – Rəsmi açıqlama

“Yoluxmaların sayında azalma var. Lakin növbəti payız aylarında pik hədd və mövsümi qriplər olacaq”.

Bu fikirləri TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva səsləndirib.

Rəvanə Əliyeva bildirib ki, son brifinqdə də qeyd edildiyi kimi koronavirusa yoluxanların sayında xeyli azalma olsa da, bütün dünyada olduğu kimi Azərbaycanda da bir sıra qabaqlayıcı tədbirlər görülməkdədir.

“Payız aylarında pik hədd və mövsümi qriplər olacaq. Bunu Yaqut xanım da vurğulayıb. Orada da deyildi ki, biz hazırlıq görürük. Çarpayı sayımızı artırırıq. İstənilən halda, Azərbaycanda virus itməyib. Dünyada da vəziyyət eynidir. Bir dönəm çox xəstə oldu və yüngül simptomlu xəstələr evdə müalicə edildi. Əlavə çarpayı fondunun olması zərərli deyil. İstəyirik ki, daha yaxşı xidmət göstərək”, – deyə Rəvanə Əliyeva qeyd edib.

Belə olduğu təqdirdə sərt karantin rejiminin yenidən sərtləşdirilməsi gözlənilirmi?

Mövcud gedişat hazırda yumşaldılmanın olması üçün şərait yaratsa da, payız ayları üçün bunu demək tezdir. Mütəxəssislər də bildirir ki, yenidən koronavirusa yoluxanların sayında artım olacağı təqdirdə sərt karantin rejimi tətbiq edilə bilər. Belə olacağı təqdirdə SMS icazə sistemi yenidən aktivləşə və bir çox iş yerləri fəaliyyətlərini müvəqqəti dayandıra bilər.

Qeyd edək ki, sərt karantin rejiminin tətbiq edilməsi yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı ola bilər.(qazet.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Qarabağ probleminin 50 faizi artıq həll olunub” - Açıqlama

Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarda gedir

Arayış almaq üçün qapı-qapı gəzib, manat-manat xərcləməkdən qurtulmaq zamanıdır

Türkiyənin Qarabağ bəyanatları Makronu "çox narahat" edir

Sumqayıtda transformatorun içində meyit tapılıb

“Yaxın günlərdə ermənilər Azərbaycan tərəfinin irəli sürdüyü bütün şərtləri qəbul edəcəklər”

Bu gün düşmən ordusuna vurulan zərbələr - İşğalçıya qan uddurulduğunu göstərən videolar

Hərbi cinayətkarlar Koçaryan, Qukasyan və Saakyan Qarabağa gəliblər

“Əsl müharibə o vaxt başlayacaq ki, raket zərbələri paytaxtlara çatacaq”

loading...

Ən çox oxunanalar