Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantin rejiminə əməl etməyən yaşı 65+ olanlara xəbərdarlıq edilib

Polis əməkdaşları park və xiyabanlarda xüsusi karantin rejiminə əməl etməyən yaşı 65-dən yuxarı şəxslərlə profilaktik söhbətlər edərək onlara xəbərdarlıq edib

Musavat.com xəbər verir ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilməkdədir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilib.

Qeyd edək ki, bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət isə Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə olunub. Qeyd olunan göstərişin icra edilməsi məqsədi iə təyin edilmiş polis naryadları tərəfindən paytaxt ərazisində müşahidələr aparılıb. Park və xiyabanlarda polislər tərəfindən görülən tədbirlər zamanı yaşı 65-dən yuxarı olan sakinlərlə profilaktik söhbətlər edilib. Həmin şəxslərə Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlunat verilərək xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də ki, cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqda ötrü evdən çıxmamaq barədə xəbərdarlıq edilib.

Bundan sonra yaşı 65-dən yuxarı şəxslər polis əməkdaşları tərəfindən yaşadıqları ünvanlara qədər müşayiət ediliblər.

pia.az


Etiket: Karantin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar