Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantin rejimi ilə bağlı daha bir açıqlama

Son günlər ərzində Azərbaycanda COVİD-19-a yoluxma hallarının artımının qarşısının alınması üçün hər bir vətəndaş əlindən gələni etməlidir ki, təkrar karantin qaydalarının sərtləşdirilməsinə getməyək.

PİA.az-ın xəbərinə görə, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, son günlər ərzində COVİD-19-a yoluxma hallarının sayının artmasının əsas səbəblərindən biri karantin qaydalarının yumşaldılması ilə əlaqədar insanlarda yaranan arxayınlıqdır.
İctimai-iaşə müəssisələrinin açılması, insanların toplu halda cəmləşməsi, maskadan istifadənin zəifləməsi də səbəblər sırasındadır:

“Amma digər tərəfdən bir sıra ölkələrdə, o cümlədən Türkiyədə virusun mutasiya olunmuş yeni ştammları yayılır. Bu, COVİD – 19-un məlum ştammından fərqli olaraq, daha sürətlə yayılır. Amma aparılan tədqiqatlar ölkəmizdə hələlik bu ştammın olduğunu göstərmir”.

A.Allahverdiyev bildirib ki, hazırda ölkəmizdə vaksinasiya prosesi uğurla həyata keçirilir. Peyvəndin əhatə dairəsinin getdikcə genişlənməsi də virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaq. (Trend)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar