Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantin rejimi həm də vətəndaş məsuliyyətidir – Səbuhi Məmmədli yazır

Azərbaycan çox güclü bir sınaq qarşısındadır...

Hamıya məlum səbəbdən ölkədə xüsusi karantin rejimi tətbiq olunub. Heç kimə sirr deyil ki, Azərbaycanın da yerləşdiyi “qoca qitə”də, Avropada koronavirus epidemiyası tüğyan etməkdədir. Almaniya, İtaliya, İspaniya, Fransa kimi dövlətlərin belə əlində girinc qaldığı bu pandemiyadan Azərbaycanın da kənarda qalması mümkünsüz idi. Amma ilk günlərdən görülən qabaqlayıcı tədbirlər və tətbiq edilən karantin rejimi nəticəsində Azərbaycanda digər ölkələrlə müqayisədə yoluxma səviyyəsi yüksək deyil. İndiki gündə yoluxmanı minimuma endirmək üçün insanların karantin qaydalarına əməl etməsi olduqca vacibdir.

Hə, bu, zərurətdən yaranan situasiyadı. Əslində, insanların panikaya düşməsinə gərək yoxdur. Ətrafınızda gördükləriniz bir karantin tədbirləridi. Bu gün karantin rejimi sanki millətin birləşdiyi biir nöqtədir. Hamı gözəl başa düşür ki, karantin həm şəxsi, həm də milli təhlükəsizlik səbəbindən vacibdir və burada xüsusi təşvişə, söz-söhbətə, şayiəyə ehtiyac yoxdur. Ölkə insanının koronavirusdan daha çox qorunması üçün indi dedi-qodulara yox, mütəxəssis tövsiyələri və rəylərinə qulaq asılmalıdır.

Bütün dünya dövlətləri indi “Evdə qal” kampaniyası aparır, həkimlər insanların evdə qalıb sosial izolyasiya olunmasının vacibliyini vurğulayır. Biz buna əməl etməklə təkcə özümüzü yox, ətrafımızı qorumalı oluruq.

Hə, vəziyyət ciddidir, fövqəladədir, amma fəlakətli deyil. Və vəziyyət şəxsən Prezident İlham Əliyevin ciddi nəzarətindədir. İlk gündən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Ölkədə xüsusi karantin rejimi elan olunub. Virusa yoluxmuş şəxslərin müalicəsi üçün ən müasir şərait yaradılıb. Vaxtında yeni tibbi avadanlıqlar, laboratoriyalar, testlər alınıb. Və bu istiqamətdə zəruri və təxirəsalınmaz tədbirlər görülməkdədir.

Bu arada Prezidentin pandemiyanın ölkəmizə mənfi təsirlərini aradan qaldırmaq məqsədilə 1 milyard manat vəsait ayırmasını da xüsusi qeyd etmək lazımdı və bu məqamın özü də bir daha sübut edir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır.

Burda bir məqamı xüsusi vurğulamaq lazım olacaq. Söhbət vətəndaş məsuliyyətindən gedir. Bu gərgin situasiyada vətəndaş da öz dövlətinə dəstək olmalıdır. Məhz onun sağlamlığı üçün görülən tədbirləri dəstəkləməlidir. Karantin rejiminin tətbiqini mütləq anlayışla qarşılamalıdır, qaydaları pozmamalıdır, birmənalı şəkildə başa düşməlidir ki, bütün bunlar məhz onun sağlamlığı, onun dövlətinin təhlükəsizliyi üçün atılan addımlardır.

Etiraf edək ki, koronavirus pandemiyasının ciddiliyini nəzərə almayan vətəndaşlarımız çoxdur. Bəzi hallarda insanlar karantin qaydalarını pozurlar. Hamı bilməlidir ki, karantin qaydaları məhz onun özünü qorumaq üçündür, bu izolyasiya tədbirləri hamıya aiddir və ona əməl edilməlidir.

Bu sahədə xalq da öz mütəşəkilliyini göstərməli, bu fəlakətin qarşısını almaq üçün lazım olanı etməlidir. Əgər insanların sağlamlığı naminə məhdudiyyətlər qoyulubsa, buna əməl etmək çox vacibdir.

Hamı bir nəfər kimi koronavirusla mübarizə məqsədilə qəbul edilmiş qərarların icrasını, eyni zamanda bu məhdudlaşdırıcı tədbirləri təşvişlə deyil, sağlam düşüncə və aydın təfəkkürlə anlamalıdır. Bu, yaranmış situasiyada çox mühüm amildir.

Beynəlxalq ekspertlərin qeyd etdiyi kimi, Azərbaycan hazırkı pandemiyanın öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Amma mütləq nəzərə alınmalıdır ki, təkcə dövlət orqanlarının səmərəli fəaliyyəti ilə iş bitmir. Hamı bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun, ailəsinin və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin etmək məqsədi daşıyan müvəqqəti addımlardır. Amma olduqca vacib addımlardır.

Karantin rejiminə riayət etmək isə yoluxmamaya zəmanət verən ən optimal yoldu.

Səbuhi MƏMMƏDLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar