Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantin qəzaların sayını kəskin azaltdı

Koronavirus pandemiyasının Azərbaycanda da artan xətlə yayılması ölkədə son 10 gün ərzində kəskin qərarlar qəbul etməyə səbəb olub...

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna bölgələrdən insanların buraxılmaması, sərnişindaşımanın ləğv edilməsi, ictimai yerlərə çıxışın məhdudlaşdırılması və bu istiqamətdə görülən digər tədbirlər ölkədə kriminal duruma da təsir edib.

Son günlər ölkədə cinayətlərin, xüsusilə yol qəzalarının sayı əhəmiyyətli dərəcədə azalıb. Belə ki, martın 23, 24, 25 və 27-də ölkədə yol qəzası baş verməyib.Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna bölgələrdən insanların buraxılmaması, sərnişindaşımanın ləğv edilməsi, ictimai yerlərə çıxışın məhdudlaşdırılması və bu istiqamətdə görülən digər tədbirlər ölkədə kriminal duruma da təsir edib.

Martın 17,19,20 və 26-da isə respublika üzrə hər gün cəmi 1 yol qəzası qeydə alınıb. Martın 18-i və 22-də hər gün üçün 2 qəza baş verib.

Bu rəqəmləri 2019-cu ilin statistika ilə müqayisə edəndə də fərq aydın ortaya çıxır.

Ötən il martın 23-də ölkə üzrə baş verən 2 yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanmışdı. Martın 24-də isə 3 qəza qeydə alınıb. Bu qəzalarda 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Martın 25-də isə 2 qəza 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Ötən il martın 20-də baş verən 2 qəzada 1 nəfər ölüb, 8 nəfər yaralanıb. 17-27 mart tarixlərində bu il ümumilikdə yol qəzalarında 6 nəfər yaralanıb, ötən il isə eyni dövrdə 25 nəfər xəsarət alıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar