Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Karantin qaydaları sərtləşdirilə bilər” - Adil Qeybulla

Tibb professoru: “Azərbaycanda vaksinasiya prosesi getməsinə insanlar arxayın olmamalıdırlar. Vaksin vurdurmuş insan virusdan tam qorunmuş sayılmır”.

“Karantin qaydalarını yumşaldılması və sərtləşdirilməsi epidemioloji vəziyyətdən asılıdır”.

Bu sözləri professor Adil Qeybulla ölkədə yolxumanın artmasını və gözlənilən karantin qaydalarının sərtləşdirilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Yolxuma sayının hər gün artmasından sonra cəmiyyətdə belə şayiə gəzir ki, martın sonu ölkədə yenidən qapanma olacaq. Dinamika bu templə getsə, vəziyyət tezliklə dekabr vəziyyətindən daha pis ola bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı professor, tibb elmləri doktoru Adil Qeybullaya müraciət edib.

Adil Qeybulla: “Əgər virusa yoluxma dinamikası bu şəkildə davam edərsə, yoluxma statistiksı artarsa, mənfi tendensiya, yəni yoluxanlar sağalanları üstələyərsə, karantin qaydaları sərtləşdirilə bilər”.

İctimai nəqliyyatda hələ də qayda-qanunun yaranmadığını və biabırçı vəziyyətin qaldığını vurğulayan Adil Qeybulla PİA.az-a bildirib ki, həmçinin restoranlar və kafelər də açılandan sonra müəyyən qədər artımın olması gözlənilən idi. Professorun fikrincə restoran və kafelərdə, həmçinin məktəblərdə karantin qaydalarına necə əməl olunduğnu bilinmir:

“Karantin qaydalarını yumşaldılması və sərtləşdirilməsi epidemioloji vəziyyətdən asılıdır. Əgər virusa yoluxma dinamikası bu şəkildə davam edərsə, yoluxma statistiksı artarsa, mənfi tendensiya, yəni yoluxanlar sağalanları üstələyərsə, karantin qaydaları sərtləşdirilə bilər. Bu müdafiə qərarı olacaq.

Bildiyimiz kimi bütün dünyada, xüsusilə Avropada karantin qaydalarının sərtləşdirilməsi istiqamətində proseslər gedir. Yalnız İngiltərədə epidemioloji vəziyyət daha qənaətbəxş hesab olunur. İngiltərə daha uğurlu nəticəyə nail ola bilib.

Adil Qeybulla: “Məktəblərdə də karantin qaydalarına nə dərəcədə əməl edilir, bilinmir”.

Hesab edirəm ki, Azərbaycanda da vaksinasiya prosesi getməsinə insanlar arxayın olmamalıdırlar. Vaksin vurdurmuş insan virusdan tam qorunmuş sayılmır. Çünki ən azından 40 gün vaxt keçməlidir ki, tam immunitet formalaşsın.

Digər tərəfdən də ictimai nəqliyyatda hələ də qayda-qanun yaranmayıb və biabırçı vəziyyət qalır. Həmçinin restoranlar və kafelər də açılandan sonra müəyyən artımın olacağı gözlənilən idi. Bu tipli obyektlərdə karantin davranışlarına necə riayət olunduğu bilinmir. Həmçinin məktəblər də açılıb. Məktəblərdə də karantin qaydalarına nə dərəcədə əməl edilir, bilinmir. Bütün bunlar da yoluxmanınartmasına təsir edir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Karantin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar