Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kanadadakı azərbaycanlılar BBC-yə etiraz ediblər

Azərbaycan-Kanada Multikultural Mərkəzinin (Azerbaijani Canadian Multicultural Center) azərbaycanlı icması Qarabağ münaqişəsi haqqında BBC-də yayımlanan qərəzli süjetə və məqalələrə etirazını bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, BBC-yə ünvanlanan açıq məktubda deyilir ki, azərbaycanlı icması bu yaxınlarda Qarabağda aparılan hərbi əməliyyatlar barədə dezinformasiya səciyyəli süjetlərin və məqalələrin yayımlanmasından dərin narahatlıq keçirir.

"Biz, xüsusilə 29 sentyabr 2020-ci il tarixli "Ermənistan deyir ki, onun uçuş aparatı Türkiyə tərəfindən vurulub" və 28 sentyabr 2020-ci il tarixli "Azərbaycan və Türkiyə Dağlıq Qarabağın erməni əhalisini məhv edəcək" başlıqlı məqalələrdən narahatıq. Hər bir halda BBC ermənilərin əsassız iddialarını sübutsuz olaraq dərc edib. Belə əsassız iddialar şəksiz olaraq azərbaycanlıların və türklərin beynəlxalq arenadakı nüfuzunun gözdən salınmasına və ictimai fikrin ədalətsizcəsinə yönəldilməsinə xidmət edir".

Dezinformasiyaya yol verilməməsi naminə jurnalist versiyasının obyektiv olmasının vacibliyini xatırladan soydaşlarımız Britaniya KİV-inin yoxlanılmamış xəbərlər və sərlövhələr yaymasından təəssüfləndiklərini bildirərək yanlışlığın düzəldilməsinin vacibliyini vurğulayıblar: "Biz, kanadalılar, ümid edirik ki, BBC ictimai maraqdan başqa digər məqamı prioritet saymır. Biz inanırıq ki, nüfuzlu xəbər agentliyi olan BBC dərc olunmuş məqalələrdə əsassız informasiyaya yenidən baxmağa, qeyri-dəqiq informasiyanı dəqiqləşdirməyə və ictimai marağı üstün tutmağa hazırdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar