Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kanada şirkəti 2020-ci ildə Azərbaycanda daha bir kəşfiyyat quyusu qazacaq

Kanadanın beynəlxalq neft və qaz hasilatı şirkəti "Zenith Energy Ltd" Azərbaycanın quruda yerləşən "Cəfərli" neft yatağındakı C-30 quyusunda qazma işlərinə başlamaq üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlara başlayıb

"Report" "Zenith Energy" şirkətinə istinadən xəbər verir ki, kəşfiyyat quyusunun qazılmasına 2020-ci ildə başlanması nəzərdə tutulur.

Məlumata görə, C-30 quyusunda tikinti işləri artıq başa çatıb: "Kəşfiyyat quyusu qazmaq üçün ən perspektivli yerin müəyyənləşdirilməsi üçün SOCAR ilə razılaşdırılmış geoloji və texniki araşdırmalara başlanılıb".

"Biz çox maraqlıyıq C-37 quyusunda aparılan əməliyyatlar zamanı qazanılan təcrübəni C-30 quyusunda gələcək dərinləşdirmə işlərində də istifadə edək", - şirkətin baş direktoru Andrea Kattaneo bildirib.

Qeyd edək ki, 2016-cı il martın 16-da BakıdaSOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

pia.az


Etiket: Neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar